Yuxarı

Bakı-AB danışıqlarının yeni mərhələsi başlayır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq haqqında yeni sazişlə bağlı danışıqların növbəti mərhələsi 29-30 may tarixlərində Bakıda keçiriləcək.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin siyasət şöbəsinin rəhbəri, nümayəndəliyin birinci müşaviri Denis Danilidis bildirib.

Danışıqlarda iştirak etmək üçün Avropa İttifaqının nümayəndə heyəti bazar ertəsi Bakıya gələcək.

Sazişin 2019-cu ildə imzalanacağı ilə bağlı məlumatlara münasibət bildirən D. Danilidis konkret tarixin məlum olmadığını deyib: "Sazişlə bağlı danışıqlar başlayanda, bilmək olmur ki, sənəd nə vaxt imzalanacaq".

D. Danilidis Azərbaycanla Aİ arasında aviasiya sazişi ilə bağlı bütün detalların artıq müzakirə edildiyini bildirib: "Aİ üçün bu saziş artıq tam aydındır. Danışıqlar bitib. Tərəflər arasında razılaşdırılmış sənəd var. Mən belə başa düşürəm ki, Azərbaycan tərəfinin razılaşmanın milli aviadaşıyıcı olan AZAL-a və iqtisadiyyatın digər sahələrinə necə təsir edəcəyini analiz etməyə ehtiyacı var. Ona görə də Azərbaycan tərəfini gözləyirik. İndi danışıqlar yoxdur. Sazişin bu il imzalanması isə ancaq Azərbaycan tərəfindən asılıdır".

Tarix
2018.05.22 / 20:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla