Yuxarı

Aprel müharibəsi Sərkisyanı gözdən saldı – ABŞ analitikləri

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Qarabağ münaqişəsi ətrafında hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaq olduqca mürəkkəbdir. Bu barədə “Amerikanın səsi”nə müsahibəsində amerikalı analitik Ceff Mankoff bildirib.

Virtualaz.org xəbər verir ki, Mankoff 2016-cı ilin aprel müharibəsinin münaqişənin gəlcək nizamlanması ətrafında böyük qeyri-müəyyənlik yaratdı. Onun fikrincə Aprel müharibəsi habelə müəyyən dərəcədə Ermənistanın keçmiş hakimiyyətini gözdən saldı, xüsusən də ordunun müharibəyə hazır olması nöqteyi-nəzərindən.

Amerikalı analitik əlavə edib ki, hansısa proqnozlar vermək çətin olsa da, Ermənistandakı daxili siyasi problemlərin dərinləşməsi hərbi əməliyyatların yenidən başlamasına gətirib çıxara bilər.

Digər amerikalı analitik Stiven Blank isə Ermənistanın indiki baş naziri Nikol Paşinyanın mayın 9-da Dağlıq Qarabağda səsləndirdiyi bəyanatları yada salıb. O bildirib ki, baş nazir Dağlıq Qarabağın danışıqlar masası arxasına qayıtması haqda danışıb, Ermənistanın ancaq öz adından danışıqlar aparacağını deyib. Stiven Blank bu yanaşmanı münaqişənin nizamlanması baxımından faydalı yanaşma hesab etmir.

“Heç kim Dağlıq Qarabağı dövlət kimi tanımır. Bu bölgə hələ 1994-cü ildən Ermənistanın tərkib hissəsi olmaq istəyir. Lakin bu cür yanaşma istənilən danışıqlar prosesini dağıdır”-Blank bildirib.

Analitik əlavə edib ki, Ermənistanın sonrakı inkişafı da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlıdır.

Analitik Olqa Oliger isə deyib ki, Ermənistan-Rusiya münasibətlərinin dərinləşməsi Bakının xoşuna gəlmir, digər tərəfdən silahlanma yarışını daha da fəallaşdırır. “Aydındır ki, Rusiya ilə hərbi müttəfiqliyin dərinləşməsinə dair Ermənistanın xahişi Azərbaycanı qıcıqlandırır. Lakin bu ona gətirib çıxara bilər ki, Bakı da Moskvaya hərbi əməkdaşlığın dərinləşməsi xahişi ilə müraciət edə bilər, Rusiya isə hər iki tərəfə silah satmağa həmişə hazırdır”-o bildirib.

Tarix
2018.05.27 / 14:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla