Yuxarı

Xəzərlə bağlı daha mühüm bir məsələ həllini tapır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzərin dibinin bölünməsi məsələsi də yaxın zamanlarda öz həllini tapacaq.

Bu sözləri Axar.az-a Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı dəyərləndirən politoloq Tofiq Abbasov deyib. Politoloq hesab edir ki, Xəzərin statusu ilə bağlı Konvensiyanın imzalanması çox böyük bir uğurdur:

“Xəzər beşliyi” dövlət başçılarının imza atdığı həmin sənəd regionda yeni bir geosiyasi ab-hava formalaşdırır. Liderlər dialoqa, qarşılıqlı anlaşmaya “ hə” dedilər. Bu o deməkdir ki, mübahisəli məsələlərin həlli istiqamətində böyük bir məsafə qət edilib və 22 ildən sonra beş dövlət dialoq, müzakirə və ekspertlərin fəaliyyətinin davam etdirilməsini istəyirlər. Belə ki, dəniz akvatoriyası 25 millik zonaya ayrılır, yəni 15 millik milli sektor və əlavə olaraq da 10 millik balıqçılığın inkişafı və istehsalı üçün razılaşdırılıb. Xəzərin dibi ilə bağlı bəzi məqamlar öz həllini gözləyir və hesab edirəm ki, bu məsələ də yaxın zamanlarda öz həllini tapacaq”.

Politoloqun sözlərinə görə, gələcəkdə beştərəfli format müqabilində iki və üçtərəfli formatlar da təşəkkül tapa bilər:

“Beşlik bölgənin təhlükəsizliyi baxımından üzə çıxacaq bütün problem və risklərin həmahəng, qarşılıqlı şəkildə müzakirə edilməsi və bölgədə birdəfəlik sabitliyin bərqərar olunması istiqamətində tarixi razılığa gəldilər. Bu, prinsip etibarilə ən böyük uğur, irəliləyiş idi. Payızda xarici işlər nazirlərinin müavinlərinin Bakı görüşü keçiriləcək və bu, çox böyük bir görüş olacaq. Bildiyiniz kimi diplomatlar prezidentlərin şəxsi nümayəndələridir və fövqəladə tərzdə bu cür görüşləri keçirmək və danışıqlarla bağlı prezidentləri məlumatlandırmaq səlahiyyətinə malikdirlər. Bu isə Xəzər bölgəsində yeni bir durumun formalaşması deməkdir”.

Tarix
2018.08.15 / 16:17
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla