Yuxarı

BMT hesabat yaydı: İran Azərbaycan türklərinə qarşı…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT İranda azərbaycanlılara qarşı edilən təzyiqlərlə bağlı hesabat yayıb.

Axar.az xəbər verir ki, BMT-nin 73-cü rəsmi iclasında “İranda insan haqlarının durumu” adlı 77 bəndlik hesabatın 57-ci bəndində Güney Azərbaycan problemlərinə toxunulub.

Hesabatda İranda insan hüquqları pozuntuları, ana dilində təhsilə qoyulan qadağa və azərbaycanlı fəallara qarşı təzyiqlərə işarə edilib:

“İran dövlətinin açıqlamasına görə, ölkə Konstitusiyasının 13, 19 və 20-ci maddələrinə uyğun olaraq İran vətəndaşlarının hüququ məzhəb və milli kimliyindən asılı olmayaraq təmin olunur. Lakin 2018-ci ilin başlanğıcından BMT-yə ayrı-seçkiliyə aid çoxsaylı raportlar daxil olub. Raportlar əsasən milli və məzhəbi ayrı-seçkiliyi əks etdirir. Ayrı-seçkilik halları universitet və iş imkanlarından məhrum olmaq, əsas xidmətlər, o cümlədən səhiyyə sahəsində tətbiq edilən ayrı-seçkilik, hökumət işlərinə götürməmək, orta məktəbdə ana dili qadağaları, öz mədəniyyətlərindən uzaq tutulmaq və s. əhatə edir. İran İslam Cümhuriyyəti həmçinin ölkə Konstitusiyasının 15-ci maddəsi və Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 27-ci maddəsini icra etməkdən imtina edir. BMT-nin Ali Komissarlığına bəhai və Azərbaycan türklərinə qarşı ayrı-seçkiliklərə dair əlavə raportlar da daxil olub. Müşahidələr göstərir ki, İranda siyasi məhbusların əksəriyyəti, həmçinin təhlükəsizlik və siyasi ittihamlarla edam olunanların bir çoxu milli azlıqların nümayəndəsidir”, - deyə 57-ci bənddə qeyd olunub.

Tarix
2018.09.24 / 14:59
Müəllif
Elşad Yaqublu
Şərhlər
Digər xəbərlər

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla