Yuxarı

Əliyev-Lukaşenko görüşü: milyardlıq hədəf... – İsti şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Belarus arasında çoxşaxəli əlaqələr mövcuddur.

Bunu Axar.az-a Azərbaycan və Belarus prezidentlərinin görüşünü şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, son vaxtlar iki ölkə arasında hərbi-texniki əməkdaşlıq gündəmdə olsa da, digər sahələrdə də kifayət qədər fəal əməkdaşlıq mövcuddur:

“Maşınqayırma, neft-kimya, nəqliyyat sahəsində rabitələr inkişaf etdirilir. Ümumiyyətlə, Azərbaycan-Belarus münasibətləri postsovet ölkələri, hətta Avrasiya İttifaqı daxilində bəzi ölkələr arasındakı iqtisadi əlaqələrdən daha güclüdür. Qırğızıstan Avrasiya İttifaqına daxil olsa da, Belarusla iqtisadi əlaqələri Azərbaycan-Belarus əlaqələrindən zəifdir. Eyni zamanda, Belarusla Ermənistan arasında münasibətlər yox səviyyəsindədir. Ermənistanın Avrasiya İttifaqı çərçivəsində yalnız Rusiya ilə münasibətləri güclüdür. Əslində, Minsk Ermənistanla deyil, Azərbaycanla münasibətlərdə maraqlıdır. Çünki Belarus Azərbaycanı regionun lider ölkəsi, o cümlədən iqtisadi maraqlarının əsas təmsilçisi olaraq görür. Belə ki, Belarus da Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulmaq niyyətindədir”.

Politoloq Azərbaycanın Belarus üçün qovşaq rolunu oynadığını deyib:

“Yaxın gələcəkdə Belarusun Azərbaycanda ticarət evi fəaliyyətə başlaya bilər. Hətta Azərbaycanda Belarusa məxsus Logistika Mərkəzinin də fəaliyyət göstərəcəyini istisna etmirəm. Bu, Şimal-Cənub dəhlizi çərçivəsində Belarusun rolunun artmasına gətirib çıxaracaq. İki ölkə arasında əlaqələrin hazırkı səviyyəsi hər iki tərəfə təxminən 300 milyon dollar civarında olan ticarət evinin dəyərini 700-800 milyona qaldırmağa imkan verir. Çox güman ki, əsas hədəf 1 milyard dollar olacaq”.

Tarix
2018.11.19 / 14:02
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla