Yuxarı

Qarabağın həlli buna görə gecikir – Açıqlama

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qardian” (“The Guardian”) nəşrində Azərbaycan prezidentinin ailə üzvləri ilə bağlı dərc olunan iftira və böhtan xarakterli məqalə ölkəmizə qarşı növbəti qarayaxma kampaniyasının tərkib hissəsidir.

Bu sözləri Axar.az-a dekabrın 21-də Böyük Britaniyanın “Qardian” nəşrində Azərbaycan prezidentinin ailə üzvləri ilə bağlı iftira və böhtan xarakterli məqalənin dərc olunmasına münasibət bildirən millət vəkili Məlahət İbrahimqızı deyib. O bildirib ki, bir qrup ermənipərəst qüvvə Azərbaycanın yürütdüyü müstəqil siyasəti və əldə etdiyi nailiyyətləri həzm edə bilmir:

“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən beynəlxalq səviyyəli layihələri böyük dövlətçilik tarixi olan ölkələr belə həyata keçirə bilmirlər. Bakı-Tiflis-Qars dəmir yolu, TANAP və TAP, İzmirdə “Star” neft emalı zavodunun inşası dünyada böyük əks-səda doğurub. Üstəlik, Azərbaycan Mərkəzi və Şərqi Avropaya böyük yatırımlar edir. Təbii ki, bu uğurlar Azərbaycana qarşı hər zaman qarayaxma kampaniyası ilə çıxış edən qüvvələri narahat edib. Azərbaycanın güclü və qətiyyətli siyasət həyata keçirən rəhbərinə qarşı başladılan bu kampaniyanın arxasında dayanan birnömrəli məqsəd dövlətimizin güclənməsinin qarşısını almaqdır. Həmin qüvvələr başqa xalqların sərvətlərini talamaq üçün hər vəchlə öz çirkli maraqlarını reallaşdırmağa cəhd edirlər. Buna görə də Azərbaycan hakimiyyətinə çirkli kampaniya aparılır. Təəssüf ki, bu qüvvələr öz mənfur niyyətlərini həyata keçirərkən xaricdə cəsus kimi fəaliyyət göstərən azərbaycanlılardan bir alət kimi istifadə edirlər”.

Deputat qeyd edib ki, Qərb demokratiyası və insan haqları deyə bağıran “demokratik camiə” artıq özünün böhran dövrünü yaşayır:

“Baxın, bir aydan çoxdur ki, Fransadakı etirazlar səngimir, vətəndaşların sərbəst toplaşmaq və söz azadlığına qarşı hər cür zorakılığa əl atılır. Strasburqdakı terror aktı ilə bağlı müəmmalar hələ də davam edir. Bundan başqa, səudiyyəli müxalif yazar, “Vaşinqton Post”un müxbiri Camal Qaşıqçı İstanbulda Səudiyyə Ərəbistanı Konsulluğunda paramparça edilərək qətlə yetirilib. Amma nədənsə dünyanın insan haqlarından danışan dövlət başçıları cinayətin üstünü ört-basdır edir, öz maraqlarını insan haqlarından üstün tuturlar. Bununla da bir daha məlum olur ki, Qərbin yürütdüyü həmin siyasət heç də ədalətə söykənmir. Bu, dünyada bir qrup qüvvələrin demokratiya və söz azadlığı adı atında başqa ölkələri özlərindən asılı vəziyyətə salmaq siyasətinin iflası deməkdir. Qlobal dəyər ədalətə və bəşəri ideyalara söykənməlidir. Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır. İndiyə qədər haqlı mövqeyimizi özündə əks etdirən xeyli sənəd qəbul olunsa da, Dağlıq Qarabağ probleminin həlli məhz Azərbaycana qarşı əngəllər yaratmaq naminə gecikir. Azərbaycan belə qüvvələrə qarşı hər zaman öz sözünü deyir, dünya liderləri arasında özünəməxsus yeri, imzası olan dövlət başçısı ona qarşı yönələn çirkli siyasəti çox uğurlu bir şəkildə dəf edir”.

Tarix
2018.12.22 / 14:36
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla