Yuxarı

Boltonun Türkiyə səfəri: Plan alt-üst oldu...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun İsraildən sonra Türkiyə səfəri siyasi fiaskoya uğradı.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Boltonun İsraildə Türkiyənin YPG terror təşkilatına zəmanət verməsi ilə bağlı bəyanatı Ankaranın hissiyyatına toxunmaqdır:

“Bu açıqlamadan sonra onun Türkiyə səfəri reallaşmamalı idi. Çünki gözlənildiyi kimi danışıqlar baş tutmadı, hətta Prezident Ərdoğan onunla görüşdən imtina etdi. Sirr deyil ki, Boltonun Türkiyəyə və şəxsən Ərdoğana qarşı antipatiyası var. Ona görə də səfər edəcəyi və müttəfiqi olan bir ölkəyə qarşı aşağılayıcı, təhlükəsizliyini təhdid edən açıqlama verməsi Ankaraya hədə mesajıdır”.

Politoloq vurğulayıb ki, Bolton Türkiyəni danışıqsız tərk etməli oldu:

“Halbuki, Boltonun səfərində Türkiyənin İrana qarşı sanksiyalara qoşulması, Rusiya və Türkiyə əlaqələri və Ankaranın Fəratın şərqinə planlaşdırdığı əməliyyat müzakirə olunacaqdı. Türkiyəni əsas narahat edən problem olan YPG-yə ABŞ-ın dəstəyi davam etdiyi üçün Ankara bu danışıqlara ehtiyac duymayıb. Ümumiyyətlə, Bolton İsrail, Türkiyə və ABŞ üçbucağı formalaşdırmağa gəlmişdi. Amma onun YPG-ni qorumaqla bağlı bəyanatı bu planı alt-üst etdi”.

Politoloq qeyd edib ki, Türkiyənin YPG-yə qarşı planlaşdırdığı hərbi əməliyyat reallaşacaq:

“ABŞ məcbur qalıb, Türkiyənin tələblərini qəbul edəcək. Türkiyəni itirmək, ABŞ-ın Yaxın Şərqdən çıxması deməkdir. Nə İsrail, nə də Səudiyyə Ərəbistanı Türkiyənin siyasi və hərbi yerini tuta bilər. Ona görə ki, bu iki ölkə Vaşinqtonun protektorluğunda olan ölkələrdir və Ağ Evdən idarə olunurlar”.

Tarix
2019.01.09 / 15:53
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla