Yuxarı

Qarabağın sülhlə həlli ona görə mümkün deyil ki... - Kuznetsov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağın sülhlə həlli ona görə mümkün deyil ki... - Kuznetsov

Mən əminəm ki, bu hesabat BMT-yə qondarma “Dağlıq Qarabağ Respublikası” tərəfindən təqdim edilməyib. BMT-nin rəsmi saytında yalnız bu təşkilatın üzvlərinin hesabatları dərc edilə bilər. Ona görə də deyə bilərəm ki, bunu yalnız Ermənistan Respublikası edə bilərdi.

Bunu ONA-ya müsahibəsində rusiyalı ekspert Oleq Kuznetsov qondarma “Dağlıq Qarabağ Respublikası”nın hesabatının BMT-nin rəsmi saytında yerləşdirilməsini şərh edərkən deyib.

Oleq Kuznetsov qeyd edib ki, BMT-nin Nizamnaməsinə əsasən, qurumun hər bir üzvü öz statusuna uyğun olaraq hesabatlar dərc edə bilər, sənədin məzmununa görə də həmin üzv ölkə məsuliyyət daşıyır:

“Ermənistanın BMT-dəki nümayəndəliyinin sənədi BMT-nin sənədi deyil".

Ekspert, həmçinin, vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin xalqların sülhə hazırlanması yolu ilə həll ediləcəyinə inanmır:

“Mən bu haqda hələ 2012-ci ildə yazmışam. Hesab edirəm ki, Samuel Hantinqtonun “sivilizasiyaların toqquşması” nəzəriyyəsi Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini izah edir. Çünki düşünürəm ki, bu, doğrudan da sivilizasiyaların, bir-birinə zidd dünyaların toqquşmasıdır”.

Onun sözlərinə görə, münaqişənin sülh yolu ilə həlli mümkün deyil:

“Dağlıq Qarabağ münaqişəsi qlobal geosiyasət çərçivəsində Cənubi Qafqazdan kənarda yerləşən qüvvələr tərəfindən istifadə olunur. Münaqişə Qafqazda yaradılmayıb, ona görə də onun sülh yolu ilə həlli mümkün deyil. Bu münaqişənin əsas benefisiarları nə Bakıda, nə də İrəvandadır”.

Tarix
2019.04.24 / 17:09
Müəllif
Axar.az
Digər xəbərlər

Sahil Babayevə müavin təyin edildi - Sərəncam

Azərbaycan benzinini satmaq istəməyənlər... - Paşinyan

Bakıda mühüm tədbir: İlham Əliyev çıxış etdi - Foto

Azərbaycandan yeni partiya: 80 dram ucuz... - Papoyan

Azərbaycanın xarici borcu... - Prezident

Prezident açıqladı: Ölkədə ilk dəfə bu sistem yaradılır

ABŞ “İran xalqının xilaskarı kimi” zərbə endirəcək

Hədəf İrandır, gerisayım başladı: Böyük fırtına yaxınlaşır

Pəhləvi xalqa çağırış etdi, “test” başladı: bu gün və sabah...

Əliyev bu məsələyə son qoymaq qərarına gəlib - Surenyants

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla