Yuxarı

Nikol buna da sussa, demək, Kremldən dəhşət qorxur – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikol buna da sussa, demək, Kremldən dəhşət qorxur – Şərh

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin Ermənistanın eks-prezidenti Robert Köçəryanla görüşü Kremlin əvvəlki kimi Baş nazir Nikol Paşinyanla Qarabağ klanı arasındakı mübarizədə ikinciyə dəstək mesajı verməsi deməkdir.

Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib. O, səfirin Kremlin təlimatını yerinə yetirdiyini söyləyib:

“Rusiya səfiri bu görüşdə qeyri-adi heç nə olmadığını deyir. Bu açıqlama diqqəti yayındırmaq üçündür. Rusiyanın başqa ölkələrdəki səfirləri adətən müxalifət liderləri ilə görüşmürlər, əlaqəni rəsmi strukturlarla qururlar. Məsələn, Rusiyanın Azərbaycandakı səfiri nə vaxt müxalifətin hansısa lideri ilə görüşüb? Rusiyanın Ermənistandakı səfiri isə gedib Köçəryanın ofisində bir saat onunla fikir mübadiləsi aparır”.

Politoloqun sözlərinə görə, Azərbaycan torpaqlarını işğal edən, Xocalı soyqırımının müəlliflərindən olan Robert Köçəryan Kreml üçün əziz siyasətçidir:

“Belə olmasaydı, Rusiya Prezidenti Vladimir Putin Köçəryana ad günü təbriki göndərməzdi. Nikol Paşinyan birinci dəfə bu təbrikə reaksiya bildirmədi, həzm etmək məcburiyyətində qaldı. Baş nazir Rusiya səfirinin Köçəryanla budəfəki görüşünə də sussa, demək ki, Kremldən dəhşətli dərəcədə çəkinir. Elə Köçəryana dəstək verən Kreml bu yolla Paşinyana yerini göstərir. Hadisələrin bu cür inkişafı şəraitində Paşinyan Qarabağ klanı ilə Kreml ittifaqının güclənəcəyinə və ona qarşı planların həyata keçirilməsinə hazır olmalıdır”.

E.Şahinoğlu həmçinin Köçəryana dəstək verən zehniyyətin heç vaxt Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım göstərməyəcəyini deyib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın eks-prezidenti Robert Köçəryanla görüşüb.

Tarix
2019.06.14 / 17:29
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Bu şəxslər hərbi xidmətə çağırılmırlar - Səbəb

Yalçın Rəfiyev AB-nin yüksək səviyyəli toplantısında

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla