Yuxarı

Münaqişədən daha çox ziyan görən erməni icmasıdır - Sədr

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Münaqişədən daha çox ziyan görən erməni icmasıdır - Sədr

Dağlıq Qarabağın erməni icması Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı təqdirdə biz onlarla birlikdə yaşamağa hazırıq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icması İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev deyib.

İcma rəhbəri bildirib ki, erməni icması azərbaycanlılarla bir yerdə yaşamağı dərk etməyənə qədər Dağlıq Qarabağ münaqişəsinin həllində sülh bərqərar olmayacaq: “Ona görə də biz bu mesajları çatdırmaqla onları başa salmaq istəyirik ki, bu münaqişədən daha çox ziyan görən elə erməni icmasıdır. Çünki onlar girov və əsarət altında saxlanılırlar”.

T.Gəncəliyev bildirib ki, erməni icması Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının bu cür mesajlarına reaksiya vermir: “Təəssüflər olsun ki, onlar bizim əlaqə yaratmaq, təmas qurmaq, dialoq aparmaqla bağlı fikirlərimizə reaksiya göstərmirlər. Bu da bir daha Ermənistanı və erməni icmasını nəzarətdə saxlayan Dağlıq Qarabağdakı qondarma rejimin nə qədər qeyri-konstruktiv mövqedə olduğunu göstərir”.

Tarix
2019.06.20 / 09:49
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla