Yuxarı

Nikolun xüsusi qrupu Tiflisdə nələr edir? – Sensasion detallar

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tiflisin rusiyalı turistlərin Ermənistandan tranzitindən imtina etməsi təsadüfü deyil.

Bu sözləri Axar.az-a açıqlamasında gürcü politoloq Georgi Tsiklauri deyib. O, Gürcüstan Otellər və Restoranlar Assosiasiyasının rəhbəri Şalva Alaverdaşvilinin rusiyalı turistlərin ölkə otellərinə çatdırılması zamanı İrəvandan deyil, Bakı və Trabzon aeroportlarından istifadə ediləcəyini bildirməsini şərh edərkən vurğulayıb ki, Ermənistandan Gürcüstana maydan “ixrac” edilir.

“Təsadüfü deyil ki, KİV-də Gürcüstan parlamentinə hücum zamanı təkcə erməni və Ermənistan vətəndaşlarının iştirakı deyil, həmçinin Ermənistanın xüsusi xidmət orqanlarının da əli olduğu yazılıb”, - politoloq qeyd edib.

Tsiklauri xatırladıb ki, iyunun 24-də Tiflisdə avtomobil yürüşü etirazı zamanı aksiya iştirakçıları Daxili İşlər naziri Georgi Qaxariyanın istefasını və Rustaveli prospektində saxlanılanların sərbəst buraxılmasını tələb ediblər:

“Aksiyanın əsas təşkilatçısı erməni əsilli Serqo Qalstyan olub. O, həmçinin iyunun 21-də erməni təxribatçılarının iştirakı ilə Gürcüstan parlamentinin ələ keçirilməsi cəhdi zamanı saxlanılanların həbsinə dair qərar verən məhkəmə hakimlərinin də işdən çıxarılmasını tələb edib.

Onlardan biri Minas Minasyan Gürcüstan polisi tərəfindən saxlanılıb və Ermənistan səfirliyi dərhal onun azad edilməsi üçün cəhdlərə başlayıb. Və əlbəttə ki, Gürcüstan polisi tərəfindən 15 sutkalıq həbs edilən Ermənistan vətəndaşı, Soros Fondunun nümayəndəsi, erməni liberalı və Paşinyanın tərəfdaşı Minas Minasyan “təsadüfən” əlində “Molotov kokteyli” ilə Gürcüstan parlamentinin yanında olub.

Belə görünür ki, Ermənistan Baş naziri Nikol Paşinyanın tərəfdaşları Baqramyan adına taborun döyüşçülərinin Abxaziyada parlamentin binasını ələ keçirdikləri kimi, Gürcüstan parlamentini də ələ keçirib və cəzasız qalacaqlarını düşünürlər”.

Tsiklauri hesab edir ki, sabiq prezident Mixail Saakaşvilinin həyat yoldaşının rusiyalı turistlərin Bakıdan daşınmasının tərəfdarı olması yuxarıda sadalananları təsdiqləyir.

“Saakaşvilinin xanımı ərinin və onun tərəfdaşlarının “şübhələrini üzərindən atmalıdır”. Bununla yanaşı, Saakaşvili Paşinyanla bağlı heç bir pis söz deməyib. Bu təsadüfdür?” – politoloq bildirib.

Tarix
2019.06.27 / 13:59
Müəllif
Zaur, Seymur
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla