Yuxarı

ATƏT sədri həmsədrlərlə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
ATƏT sədri həmsədrlərlə görüşdü

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa məsələləri naziri Miroslav Layçak Minsk qrupunun həmçinin Fransadan olan həmsədr Stefan Viskonti və fəaliyyətdə olan sədri şəxsi nümayəndəsi Anjey Kasprşikin adından çıxış edən həmsədrləri İqor Popov (Rusiya) və Endoyu Şofer (ABŞ) ilə görüşüb.

Axar.az xəbər verir ki, sədr Layçak həmsədrlərin sonuncu məsləhətləşmələrinin, o cümlədən Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında həmsədrlərin vasitəçiliyi ilə aprelin 15-də Moskvada və iyunun 20-də isə Vaşinqtonda baş tutan görüşlərinin nəticələri barədə məlumatlandırılıb.

Həmsədrlər slovakiyalı sədrə humanitar məsələlər üzrə irəliləyişlər, o cümlədən günün əvvəlində Ermənistan və Azərbaycan arasında girovlarınərin mübadiləsi barədə məlumat veriblər.

Layçak öz növbəsində Minsk prosesini və həmsədrlərin işini, həmçinin tərəflərin gərginliyin azaldılması və sülh və danışıqlarda əhəmiyyətli irəliləyişə təkan verən mühitin yaradılması istiqamətində göstərdikləri səyləri tam dəstəklədiyini bildirib.

Girovların mübadilə edilməsini şərh edən fəaliyyətdə olan sədr deyib:

"Biz bu humanitar jesti alqışlayırıq. Bu, dialoqun münaqişədən əziyyət çəkən insanlara necə müsbət təsir edə biləcəyini göstərir".

Tarix
2019.06.28 / 22:51
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla