Yuxarı

Həmsədrlər Bakını bununla sakitləşdirməyə çalışır - Təhlil

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq vasitəçilər demək istəyirlər ki, ermənilərin özlərini idarə etməsinə normal yanaşırıq.

Axar.az xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb. Analizdə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin sentyabrın 8-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində “yerli seçkilər”in keçirilməsi ilə bağlı açıqlamasına münasibət bildirilib:

“Birincisi, bəyanatda da vurğulandığı kimi, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağ əhalisinin öz gələcəyi barədə qərar qəbul etmək rolunu tanıyır. Yəni beynəlxalq vasitəçilər demək istəyirlər ki, ermənilər özlərini hansısa formada idarə etməlidirlər və biz buna normal yanaşırıq.

İşğal altındakı torpaqlarda qanunsuz olsa da, hansısa “idarəetmə” forması qəbul edilsə belə, həmsədrlərin bəyanatında bölgədə yaşamalı olan azərbaycanlılardan söhbət açılmır. Axı etnik təmizlik aparıldıqdan sonra bölgədə həyata keçirilən istənilən “seçki” yalnız bir etnosun maraqlarına cavab verir və verəcək. Həmsədrlərin bəyanatında bu barədə bir kəlmə də yoxdur. Əslində, həmsədrlər məsələyə ədalətli yanaşsaydılar, heç olmasa, bir cümlə yazmalıydılar ki, “gələcəkdə iki icmanın birgə keçirəcəyi seçkilər bölgə əhalisinin tamamının maraqlarını təmin edəcək”.

Təhlildə həmsədrlərin bu bəyanatlarında Azərbaycanı iki cümlə ilə sakitləşdirməyə çalışdığı qeyd edilib:

“Açıqlamada deyilir ki, ancaq Dağlıq Qarabağ nə ATƏT-in Minsk Qrupu ölkələri, nə də digər ölkələr tərəfindən müstəqil və suveren ölkə kimi tanınır. Həmçinin bildirilir ki, “seçkilər”in nəticələrinə də Dağlıq Qarabağın hüquqi statusuna təsir edən amil kimi baxılmamalı, heç bir halda bu nəticələr Dağlıq Qarabağın yekun statusuna və münaqişənin davamlı və sülh yolu ilə həlli istiqamətinə yönəlmiş hazırkı danışıqların nəticələrinə xələl gətirməməlidir.

Yaxşı cümlələrdir, ancaq nə faydası. Gələn il separatçılar “prezident” seçkisi də keçirəcək və həmsədrlər bu bəyanatı olduğu kimi təkrarlayacaqlar, yeganə fərq “yerli seçkilər” ifadəsinin “prezident seçkisi” ifadəsiylə əvəzlənməsi olacaq. Münaqişənin həlli istiqamətində yenilik olmadığı kimi təkrarlanan bəyanatlarda da yeni heç nə yoxdur”.

Tarix
2019.09.10 / 16:29
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla