Yuxarı

"Müsavat"da başqan seçkisi: Qalib bəlli oldu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Müsavat"da başqan seçkisi: Qalib bəlli oldu

14:03

Bu gün Bakının Binəqədi rayonunda yerləşən “Büllur” sarayda Müsavat Partiyasının IX qurultayı öz işinə başlayıb.

Axar.az xəbər verir ki, qurultayda diqqəti çəkən məqam başqan seçkisidir. Belə ki, Müsavat Partiyası başqanlığına İsa Qəmbər bu dəfə də namizədliyini irəli sürməyib. Hazırda başqanlıq üçün Müsavat Partiyası Divanının üzvləri Tofiq Yaqublu, Yadigar Sadıqlı və hazırkı başqan Arif Hacılı mübarizə aparır.

Bir neçə Yutub kanalının apardığı onlayn sorğular isə inanılmaz nəticələr ortaya qoyub. Belə ki, Tofiq Yaqublu səsvermədə 90% civarında səs toplayıb.

Həmçinin yüzlərlə şərhdə də birmənalı olaraq T.Yaqublu dəstəklənib. Hətta əksəriyyət T.Yaqublu başqan seçilməyəcəyi halda partiyadan ayrılacağını qeyd edir.

Maraqlı digər məqam isə İsa Qəmbərin Arif Hacılını dəstəkləməsidir. İsa Qəmbər oktyabrın 9-da özünün Feysbuk səhifəsində yaydığı açıqlamada qurultay nümayəndələrini Arif Hacılıya səs verməyə çağırmışdı.

Beləliklə, seçkinin gərgin keçəcəyi gözlənilir.

***

Müsavat Partiyasının 9-cu qurultayı başa çatıb.

Səsvermənin nəticəsinə əsasən, Arif Hacılı ən çox səs toplayaraq başqan seçilib.

Tarix
2019.10.13 / 18:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

Prezident "Qobustan" GES-in açılışında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla