Yuxarı

Ərdoğan Bakıda elan etdi: Biz 6 dövlət, tək millətik - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan Bakıda elan etdi: Biz 6 dövlət, tək millətik - Video

17:36

Dəyərli dostum İlham Əliyevin dediyi kimi “bir millətin iki diasporu olmaz”. Biz qazax, özbək, türkmən, azərbaycanlı, qırğız, tatar, axıska, çeçen – bütün qardaşlarımıza türk diasporunun üzvü kimi baxırıq.

Axar.az xəbər verir ki, bu sözləri Bakıda Türk Şurasının 7-ci zirvə toplantısında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Xaricə gedən insanlarımız arasında artıq sadəcə işçilər deyil, həkimlər, siyasətçilər, akademiklər, nazirlər, hətta bələdiyyə sədrləri də var”, - Ərdoğan bildirib.

Türkiyə lideri qeyd edib ki, Azərbaycan və Türkiyə nə qədər güclü olarsa, xaricdəki soydaşlarımız da bir o qədər güclü olacaq.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə “Sülh çeşməsi” əməliyyatı ilə Suriya sərhədindəki terrorçuları məhv edərək ölkədəki miqrantların öz vətənlərinə qayıtması üçün təhlükəsiz şərait yaradacaq. Türkiyə bu əməliyyatları bütün təzyiqlərə baxmayaraq, sona qədər davam etdirəcək. Başda Azərbaycan olmaqla, “Sülh çeşməsi” əməliyyatında yanımızda olan hər kəsə təşəkkür edirəm.

Ərdoğan görüşü təşkil edənlərə təşəkkür edərkən bildirib:

"İndi biz altı dövlət, tək millətik".

Tarix
2019.10.14 / 21:21
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Azərbaycan və Ukrayna XİN başçıları görüşdü

Bayramov Ukraynada AXC-yə dair sənədlərə baxdı - Foto

Bayramov İrpen şəhərində - Foto

Ukraynaya qaz tədarük etməyə hazırıq - Nazir

Sibiqa Azərbaycana başsağlığı verdi

Proses sürətləndi: hökumət yeni modelə bu tarixdə keçəcək

Arutyunyan və digərlərinin məhkəməsində qərar...

Bayramovun səfəri: rus ekspertlər “hücuma” hazırlaşır

Bayramov Kiyevdə Ukrayna PUA-larına baxdı - Foto

Ceyhun Bayramov Ukraynada səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla