Yuxarı

Bu ölkə liderlərinin Bakı səfəri başa çatdı - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkə liderlərinin Bakı səfəri başa çatdı - Foto

12:32

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycan Respublikasına səfəri oktyabrın 26-da başa çatıb.

Axar.az xəbər verir ki, Prezident Məhəmməd Əşrəf Qanini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola salıblar.

***

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelkader Bensalahın Azərbaycan Respublikasına səfəri oktyabrın 26-da başa çatıb.

Prezident Abdelkader Bensalahı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola salıblar.

***

Namibiya Respublikasının Prezidenti Haqe Qotfrid Qeynqobun Azərbaycan Respublikasına səfəri oktyabrın 26-da başa çatıb.

Prezident Haqe Qotfrid Qeynqobu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Xarici İşlər nazirinin müavinləri Ramiz Həsənov, Nadir Hüseynov və digər rəsmi şəxslər yola salıblar.

***

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvinin Azərbaycan Respublikasına səfəri oktyabrın 26-da başa çatıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Pakistan Prezidentini Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar naziri Ramin Quluzadə, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola salıblar.

***

Sudan Respublikası Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al-Burhanın Azərbaycana səfəri oktyabrın 26-da başa çatıb.

Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al-Burhanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola salıblar.

Tarix
2019.10.26 / 23:56
Müəllif
Axar.az
Digər xəbərlər

Bayrama görə verilən pul kimə, necə veriləcək? - Dəqiq izah

Vardanyanın vəkili Qərb mediasında bu təbliğatı aparır

Şuşaya hücum hazırlayan məsul şəxsin adı açıqlandı

Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi

Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı

Ceyhun Bayramov Ərgüc Kələntərli ilə görüşdü

Liderlər İlham Əliyevi təbrik edir

Vardanyanın Bakıdan İrəvana zəngi: Oğluna nələr dedi...

Ceyhun Rəhmanova MOK-da yeni vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla