Yuxarı

Mehriban Əliyeva Nikolson ilə görüşdü - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehriban Əliyeva Nikolson ilə görüşdü - Foto

18:26

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında həm ənənəvi enerji sahəsində, həm də qeyri-neft sektorunda əməkdaşlığın geniş spektri müzakirə edilib.

Ölkəmizin BP şirkəti ilə 25 ildən çoxdur ki, səmərəli əməkdaşlıq etdiyi qeyd olunub. Vurğulanıb ki, hazırda Azərbaycanda qeyri-neft sektorunda Böyük Britaniya şirkətləri üçün yeni imkanlar açılır.

Birinci vitse-prezident Mehriban Əliyeva ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusilə də humanitar sahədə əlaqələrin inkişafında Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rolunu yüksək qiymətləndirib.

Baronessa Emma Nikolson Azərbaycan ilə Böyük Britaniya arasında uğurlu əməkdaşlığın qurulduğunu bildirərək bundan sonra da əlaqələrimizin inkişafına töhfə vermək üçün səylərini davam etdirəcəyini vurğulanıb. Dünyanın aparıcı neft şirkətlərindən biri olan BP-nin humanitar, o cümlədən təhsil, səhiyyə, ətraf mühitin mühafizəsi sahələrində də əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib.

Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi ölkəmizin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi rolu olduğunu vurğulanıb.

Tarix
2019.10.31 / 20:13
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla