Yuxarı

Türkiyə müharibəyə girdi – Rusiyadan baxış

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə müharibəyə girdi – Rusiyadan baxış

Əsəd qoşunları İdlib anklavındakı türk varlığını aradan qaldırmağı qarşılarına məqsəd qoyub.

Bu sözləri Axar.az-a açıqlamasında rus hərbi ekspert İqor Pankratenko İdlibdə türk əsgərlərinə edilən hücumu şərh edərkən deyib.

Onun sözlərinə görə, Suriya ordusu bu istəyini fəal şəkildə həyata keçirə bilmək üçün türk qoşunlarının mövqelərinə zərbələr endirir:

“Rəsmi Ankara artıq Əsəd qüvvələrinə qarşı vuruşur, “bizə hücum etsəniz, sizə hücum edəcəyik” prinsipi ilə hərəkət edir. Yəni, Türkiyə bu günə qədər müdafiədə idi. Ancaq sabah Ankaranın Dəməşq ultimatumunun müddəti başa çatacaq: Astana və Soçi sazişlərinə əsasən Türkiyənin nəzarət zonasına daxil olan əraziləri təmizləmək lazım gələcək”.

Ekspertin fikrincə, bundan sonra Suriya cəbhəsində Türkiyə hücumunun başlanması rəsmi olaraq elan ediləcək:

“Bu ayın əvvəlindən etibarən Türkiyə ordusu İdlib anklavında 43 əsgərini itirdi. Əgər bu, Türkiyə-Suriyamüharibəsi deyilsə, onda mən müharibənin nə olduğunu bilmirəm”.

Tarix
2020.02.28 / 10:36
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla