Yuxarı

İrəvan Qarabağ ermənilərini ölümə təhrik edir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan Qarabağ ermənilərini ölümə təhrik edir

Dağlıq Qarabağda keçirilən qondarma seçkilər erməni tərəfinin növbəti provokativ addımıdır. Seçkilərin 31 Mart Azərbaycanlıların Soyqırımı gününə salınması bu seçkinin əsas mahiyyətini göz önünə sərir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli 31 mart tarixində Dağlıq Qarabağda keçirilən qondarma seçkilərə münasibət bildirərkən deyib. O qeyd edib ki, bu qondarma seçkilər beynəlxalq normalara tamamilə ziddir və heç bir hüquqi əsası yoxdur:

“Başda BMT olmaqla, bütün beynəlxalq təşkilatlar seçkinin nəticəsini tanımadığını elan edib. Onu da deyim ki, seçki öncəsi Türkiyə, Əlcəzair, Pakistan, İndoneziya və s. ölkələr rəsmi bəyanat verərək, seçkilərin qeyri-qanuni olduğunu və dayandırılmasını tələb etmişdi. Digər tərəfdən isə BMT koronavirusla əlaqədar bütün ölkələrdən keçiriləcək hər cür tədbiri təxirə salmağı istəmişdi. Yəni bu, həm də insanların təhlükəsizliyi baxımından ciddi təhdid yaradır”.

Politoloq qeyd edib ki, faktiki olaraq erməni tərəfi bu addımla münaqişənin danışıqlar formatına, həllinə ciddi ziyan vurur və bir daha beynəlxalq normaları tanımadığını göstərir:

“Dünya ölkələrinin koronavirusla mübarizə etdiyi bir vaxtda erməni terrorçuların “seçki” keçirməsi həm onların xislətini, həm də İrəvanın xalqına laqeydliyini bir daha üzə çıxardı”.

Politoloq bildirib ki, ATƏT-in Minsk Qrupu seçkilərin keçirilməsinə lazımınca reaksiya vermədi:

“Seçkilərdən bir müddət öncə ATƏT-in Minsk Qrupu münaqişə tərəflərini koronavirus pandemiyasına görə atəşkəsə riayət etməyə çağırmışdı. Lakin qurum 31 martda keçirilən qondarma seçkilərlə bağlı elə də ciddi addım atmadı. Bu, münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərbə vura biləcək bir addımdır. ATƏT münaqişənin sülh yolu ilə həllinə çalışan bir qurum olaraq məsələyə sərt reaksiya göstərməli idi. Qurumun erməni tərəfinin bu tip əməllərinə göz yumması və ya diqqət etməməsi onun münaqişənin həllindəki tərəfsizliyini də şübhə altına qoymuş olur”.

Tarix
2020.04.01 / 14:32
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla