Yuxarı

Ruslan Stefançuk Tovuzdakı təxribatdan danışdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ancaq beynəlxalq hüququn tələblərinə, ölkələrin suverenliyi prinsiplərinə və ədalətə əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir, onun pozulmasını və işğalını qəti şəkildə pisləyir.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Ukrayna Ali Radasının (parlament) sədrinin I müavini Ruslan Stefançuk deyib.

Azərbaycanın Ermənistanla sərhəddə Tovuz rayonu istiqamətində erməni silahlları tərəfindən üzləşdiyi hərbi təxribatı pisləyən I vitse-spiker qeyd edib ki, ölkələrin suverenliyi və ərazi bütövlüyü müqəddəs amildir və toxunulmazdır:

“Azərbaycan illərdir suverenliyinin pozulması ilə bağlı problemdən əziyyət çəkir, ərazisi işğal altdadır. Hesab edirəm ən azı beynəlxalq hüquqa ehtiram xatirinə bu işğala son qoymaq lazımdır”.

R.Stefançuk bildirib ki, Ukrayna da eyni problemi yaşayır, illərdir suverenliyinə qarşı açıq təcavüzlə üz üzədir:

“Biz Azərbaycanın problemini buna görə çox gözəl hiss edirik”.

Ukraynanın Ermənistandakı səfirliyinin rəsmi Kiyevin Tovuz hadisəsi il bağlı mövqeyinə görə hücuma məruz qalmasına toxunan R.Stefançuk bunu diplomatik münasibətlərə hörmətsizlik adlandırıb, hadisə ilə bağlı daha detallı Xarici İşlər Nazirliyinə müraciət etməyi tövsiyə edib.

O, həmçinin bildirib ki, Ukraynanın Azərbaycanla yüksək formada qarşılıqlı diplomatik münasibtləri var və bu, son vaxtlar daha da yüksək templə inkişaf edir.

Tarix
2020.07.17 / 14:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

DTX Akademiyasında Heydər Əliyevlə bağlı konfrans - Foto

Bolqarıstan liderinin Bakı səfəri başa çatdı

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident və xanımı Bakıda gimnastika arenasında

İrəvan və Bakı sübut edə bilər ki, sülh üçün... - "Figaro"

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Əsədov Ankarada mühüm iclasda: sənədlər imzalandı

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla