Yuxarı

Rusiya Qarabağda situasiyanı qızışdırır - Baş nazir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Qarabağda situasiyanı qızışdırır - Baş nazir

Almaniya “Şimal axını-2” qaz kəmərinin tikintisini dayandırmalıdır, çünki Rusiya beynəlxalq hüququ sistemli şəkildə pozur.

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Polşanın Baş naziri Mateuş Moravetski özünün “Frankfurter Allgemeine Zeitung” qəzetində dərc edilmiş məqaləsində bildirir (sitat "lenta.ru"dan). O qeyd edir ki, müxalifət lideri Aleksey Navalnının zəhərlənməsindən sonra Moskva ilə Avropa arasında konstruktiv dialoq artıq mümkün deyil.

Bununla yanaşı Polşa baş naziri Rusiyanın beynəlxalq arenadakı digər qəbuledilməz addımlarını da sadalayıb, “Dağlıq Qarabağda situasiyanın qızışdırılmasından tutmuş Gürcüstana və Ukraynaya təcavüzə qədər”.

“Rusiyanı uzaqdan barmaqla hədələmək, sonra isə “Qazprom”la birlikdə “Şimal axını-2” layihəsini həyata keçirmək bir araya sığmır”,-Moravetski yazıb. Baş nazirin fikrincə, Polşa hesab edir ki, “Şimal axını-2” layihəsi Avropa İttifaqının energetika siyasətini təhdid edir. Layihə rusiyalı oliqarxlara yeni maliyyə axınları üçün imkan yaradır və Moskvanın Almaniya üzərində təsir imkanlarını artırır.

“Şimal axını-2” qaz kəmərini 2019-cu ilin sonlarında işə salmaq planlaşdırılırdı, lakin işlər ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə ləngiyib. Navalnının zəhərlənməsindən sonra layihənin dayandırılmasına dair çağırışlar da artıb.

Tarix
2020.09.15 / 16:57
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla