Yuxarı

Mnatsakanyanın Qahirədə verdiyi açıqlama... - Xələfov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mnatsakanyanın Qahirədə verdiyi açıqlama... - Xələfov

Ermənistan XİN rəhbərinin Qahirədə verdiyi açıqlama hər zamankı kimi təxribat xarakterlidir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan XİN rəhbərinin müavini Xələf Xələfov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin keçirdiyi “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” vebinarında danışarkən deyib.

Onun sözlərinə görə, bu, Ermənistanın təkcə Azərbaycana qarşı yox, həm də regiona qarşı təxribatıdır:

“Siz söyləyə bilərsinizmi ki, Ermənistanın hansısa rəsmisi müəyyən bir ölkədə, beynəlxalq tədbirdə olan zaman Azərbaycan və Türkiyəyə qarşı qarayaxmalara əl atmasın? Ermənistan hər fürsətdə öz qonşularına qarayaxmadan istifadə edir və təcavüzkar siyasətini nümayiş etdirir. Bu da növbəti qarayaxma kampaniyasıdır və bunun əsas məqsədi Azərbaycan və Türkiyəyə qarşı mövcud olan təcavüzkar siyasətini ört-basdır etməkdir.

Hər zaman sülh danışıqlarında substantiv addımlar atmaq vaxtı gələndə onlar növbəti təxribat və hücumlara əl atırlar ki, 30 ildir işğalda saxladıqları Azərbaycan torpaqlarının sülh yolu ilə geri qaytarılması məsələsi gündəmə gəlməsin. Bu gün Ermənistanın yürütdüyü siyasət qonşulara qarşı tam ərazi iddialarını güdən düşmənçilik siyasətidir”.

X.Xələfov deyib ki, Azərbaycan və Ermənistanın beynəlxalq siyasətdə sahib olduğu çəkini hamı yaxşı bilir:

“Ermənistan bu gün müstəqil dövlət deyil, ayrı-ayrı beynəlxalq qüvvələrin xarici siyasət və maraqlar üçün alətdir. Ona nə tapşırıq verilirsə, bunu yerinə yetirmək üçün bəyanatlar verir və addımlar atır. Ermənistanın bu siyasətinin tezliklə Türkiyə-Azərbaycan həmrəyliyi sayəsində və dost dövlətlərin beynəlxalq səviyyədə göstərdikləri səylər nəticəsində qarşısı alınacaq”.

Tarix
2020.09.16 / 17:32
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla