Yuxarı

Bayramov Aİ rəsmisi ilə danışdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə telefon danışığı baş tutub.

XİN-dən Axar.az-a verilən məlumata görə, Aİ komissarı C.Bayramovu Xarici İşlər naziri təyinatı ilə bağlı təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər Aİ və Azərbaycan arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparıb, o cümlədən ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş layihəsi üzrə danışıqların yekunlaşdırılmasının əhəmiyyətini vurğulayıblar.

Telefon danışığı zamanı həmçinin Azərbaycanla Avropa arasında enerji sahəsində mövcud olan strateji tərəfdaşlıq münasibətləri və Avropanın enerji təmin edilməsi üçün Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr, o cümlədən Cənubi Qaz Dəhlizi layihəsi çərçivəsində Avropa bazarına qazın nəqli və layihənin gələcəkdə genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb.

Tərəflər habelə digər maraq doğuran məsələləri müzakirə ediblər.

Tarix
2020.09.18 / 16:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla