Yuxarı

Bu, müharibənin gedişatını çox dəyişdirib - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, müharibənin gedişatını çox dəyişdirib - Prezident

Ermənistan 30 il ərzində işğal edilmiş bölgələrdə bütün təmas xətti boyunca çox güclü istehkamlar qurub.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsi zamanı bildirib.

“Bəzi yerlərdə onların 4 müdafiə xətti var. Çox böyük beton plitələri var, sığınacaqları, bunkerlər var. Bir də ki, o bölgənin relyefi elədir ki, o həm də təbii istehkamdır. Çünki o dağlıq ərazidir və biz aşağıdan yuxarı gedirik. Hər bir ordu üçün bu böyük çətin və risklidir. Ona görə bu istiqamətdə bizim gördüyümüz işlər böyük qəhrəmanlıq tələb edirdi. Düşmənin texnikasını dəqiq məhv etmək üçün mütləq pilotsuz uçan aparatlarına ehtiyacımız var idi. Çox xoşbəxtik ki, qardaş Türkiyənin inkişaf etmiş hərbi sənaye kompleksi gözəl PUA və zərbə PUA-larını istehsal etməyə başlayıb. Azərbaycan ilk ölkələrdəndir ki, bu zərbə PUA-larını ala bilib. Yalnız Türkiyə istehsalı PUA-lar ilə bir milyard dollar dəyərində olan erməni silahlı texnikası məhv edilib. Müharibənin gedişatını çox dəyişdirib”.

Tarix
2020.10.16 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla