Yuxarı

Qətərdə Ermənistanın işğalçılıq siyasəti pislənildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qətərdə Ermənistanın işğalçılıq siyasəti pislənildi

Mənzil-qərargahı Qətərdə yerləşən Müsəlman Alimlərinin Beynəlxalq Birliyi təşkilatının baş katibi, nüfuzlu din xadimi Şeyx Əli Muhyiddin Əl-Qaradaği cümə xütbəsində Ermənistanın Azərbaycana qarşı təcavüzündən danışıb.

Ölkəmizin Qətərdəki səfirliyindən Axar.az-a bildiriblər ki, xətib cümə namazına toplaşan müsəlmanlar qarşısında çıxış edərək Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun Azərbaycan əraziləri olduğunu bildirib. O, bu faktın beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyini deyərək, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini xatırladıb.

Baş katib Ermənistanın işğalçı dövlət olduğunu bildirib, işğal zamanı İslam abidələrinə böyük ziyan dəydiyini, müsəlmanların müqəddəs məkanlarının təhqir edildiyini deyib. Bildirilib ki, Azərbaycanın işğal edilmiş ərazilərində məscidlər dağıdılıb, bəzi məscidlər tövləyə və anbara çevrilib. Alim ermənilərin 30 ildir işğal olunmuş ərazilərdə azanı qadağan etdiklərini vurğulayıb, Azərbaycan Ordusu tərəfindən yeni azad edilən ərazilərdə 30 ildən bəri ilk dəfə azanın səsləndirildiyini bildirib.

Xətib, həmçinin işğalçı Ermənistanın təcavüzkar siyasəti nəticəsində 1 milyona yaxın azərbaycanlının öz doğma yurd-yuvasından didərgin düşdüyünü qeyd edib, zülmə məruz qalan və torpağından çıxarılan şəxsin özünü və Vətənini müdafiə etmək haqqına malik olduğunu vurğulayıb. O, qürur, din və izzət sahibi şəxslər üçün zülmü qəbul etməyin mümkünsüz olduğunu bildirib.

Tarix
2020.10.16 / 20:48
Müəllif
Axar.az
Digər xəbərlər

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla