Yuxarı

Ağalarının Nikolun qarşısına qoyduğu şərt - Professor

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağalarının Nikolun qarşısına qoyduğu şərt - Professor

Ermənistan “qırmızı xətt”ə getdikcə daha da yaxınlaşır. Bundan sonra bu ölkə Azərbaycan xalqının ona verdiyi dövlətçiliyini tamamilə itirərək, artıq bir dövlət kimi mövcud ola bilməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın əməkdar elm xadimi, professor Kamran Rüstəmov deyib.

“Rusiyanın siyasi tok-şoularında erməniləri müdafiə edənlərin gözlərinə baxmaq istərdim. Hələ bir müddət öncə alman faşızmi üzərində Qələbənin 75 illiyini qeyd etdiyimizi xatırlatmaq üçün. Bu vicdansızların qadınların, uşaqların və qocaların həlak olduğu şəhərləri bombalayaraq Yer üzündən necə silmək istədiyini xtırlayın. İndi nasizm ideyalarının davamçılarını necə müdafiə edə bilərsiniz? Faşist Ermənistan faşizmdən ən çox əziyyət çəkən ölkənin müttəfiqi ola bilərmi?

Rusiya öz tutarlı sözünü deməlidir! Ermənistan KTMT-dən xaric olunmalıdır! Faşist cinayətkarlar əməllərinə görə cavab verəcəklər! Hər öldürülən mülki şəxsə görə yüzlərlə erməni silahlı cinayətkar məhv ediləcək!” - professor bildirib.

Onun sözlərinə görə, işğal altındakı ərazilərdə məğlubiyyətə uğrayan Ermənistanın bütün hərəkətləri Qərb ağaları tərəfindən Paşinyanın qarşısına qoyulmuş əsas məsələnin həllinə – Cənubi Qafqazda nəhəng müharibə ocağının alovlandırılmasına yönəlib:

“Azərbaycan şəhərlərinin mülki əhalisinə davam edən kütləvi hücumlar Ermənistanın Rusiya, Türkiyə və digər ölkələri bu münaqişəyə cəlb etməyə, əməliyyatları yeni ərazilərə köçürməyə çalışdığını göstərir”.

K. Rüstəmov Paşinyanın Ermənistanı ən böyük faciəyə – “hay” xalqının tarixində ilk dəfə olaraq “əldə etdiyi” dövlətçiliyin itirilməsinə sürüklədiyini vurulayıb:

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan simmetrik bir cavabla erməni xalqından qisas almayacaq. Biz heç vaxt mülki insanları vurmamışıq. Dinc əhalini məhv etmək qorxaq və əclafların işidir. Azərbaycan Ordusu hər öldürülən mülki şəxs üçün işğalçıların yüzlərlə əsgərini məhv edəcək”.

Tarix
2020.10.18 / 14:59
Müəllif
Əli, Xədicə
Digər xəbərlər

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla