Yuxarı

Paşinyan kapitulyasiya istəyir, onlar qoymur - Erməni KİV

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan kapitulyasiya istəyir, onlar qoymur - Erməni KİV

Erməni mediasında “dqr” adlı saxta bir qurumun “lider”i Araik Arutyunyanın Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı məktubla bağlı maraqlı məlumatlar yayılıb.

Axar.az Ermənistanın “Yerkramas” saytına istinadla xəbər verir ki, bu məktubun “gözüyaşlı dilənçi” ilə yanaşı Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan və bir neçə gün əvvəl (21 oktyabrda) görüşən separatçı liderlər Arkadi Qukasyan və Bako Saakyanın müştərək məhsulu olduğu ehtimal edilir.

Bu hoqqabazlığın səbəbi bəllidir. Azərbaycan Ordusu Şuşa və Laçına bir neçə kilometrlik məsafədədir. Bu məsafə keçildikdən sonra isə separatçı rejim tarixin ən dərin “zibilliyinə” getməyə məhkum olmaqla yanaşı, İrəvandakı rejimlə birlikdə müttəhim skamyasına oturacaq.

Nəşrin sözlərinə görə, Paşinyan separatçılardan “kapitulyasiya imzalamağı” tələb edir, lakin onlar razılaşmırlar.

Qeyd etmək lazımdır ki, Azərbaycan separatçıları münaqişə tərəfi kimi tanımır və müvafiq olaraq, onların “kapitulyasiyasını” da qəbul etməyəcək. Odur ki, Paşinyana müharibənin tezliklə başa çatmasının digər yollarını axtarmağı məsləhət görmək qalır. Bunlardan ən yaxşısı isə Ermənistan ordusunun Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarılmasıdır.

Tarix
2020.10.27 / 13:19
Müəllif
Zaur, Xədicə
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla