Yuxarı

“Şarli Hebdo”nun Ərdoğanı hədəf alması... – Hacıyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Şarli Hebdo”nun Ərdoğanı hədəf alması... – Hacıyev

“Şarli Hebdo” jurnalının İslam dini, böyük İslam Peyğəmbəri ilə bağlı təxribatçı əməlləri bütün dünya müsəlmanlarının müqəddəs hisslərinin təhqir olunması, müasir dünyamızın çox böyük ehtiyac duyduğu mədəniyyətlərarası və dinlərarası dialoq səylərinə zərbədir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O vurğulayıb ki, “Şarli Hebdo” ilk dəfə deyil ki, dini inanclara qarşı belə düşmənçilik əməlləri törədir. Jurnal özünün islamofob fəaliyyəti ilə faktiki olaraq söz, mətbuat azadlığından sui-istifadə edir, nifrəti, dini ayrı-seçkiliyi və zorakılığı təşviq edir:

“Şarli Hebdo” jurnalının qardaş Türkiyə Respublikasının Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanı hədəfə almasını da qəbuledilməz hesab edir və kəskin şəkildə qınayırıq.

Bu günlərdə Fransanın TF1 televiziya kanalının cəbhə xəttindən obyektiv reportaj hazırlayan jurnalistinin ermənilər tərəfindən təhqir olunması və hədələnməsinə münasibətdə susqunluq nümayiş etdirib “Şarli Hebdo”nun təxribatlarına fikir azadlığının arxasında gizlənərək bəraət qazandırılması cəhdləri bir sıra suallar doğurur.

“Şarli Hebdo”nun əməlləri bir daha günümüzdə məsuliyyətli jurnalistika məsələsinin nə qədər aktual olduğunu göstərir”.

Tarix
2020.10.29 / 10:07
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla