Yuxarı

Qarabağdan daşınan silahlar hara gedir? - Korotçenko

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağdan daşınan silahlar hara gedir? - Korotçenko

Ermənistanın Milli Təhlükəsizlik Xidməti son günlər “dqr”dən Ermənistana qanunsuz silah daşınması hallarını aşkar edib. Bir neçə həftədir ki, silah transferi başlayıb.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko öz Teleqram hesabında yazıb.

Ekspert silah transferinin terror aktlarında rol oynayacağını deyib:

“Burada ən təhlükəli məqam “dqr ordusu”ndakı “Kalaşnikov” avtomatlarından başqa, qaçaqmalçılıq yolu ilə daşınan zenit-raket komplekslərinin erməni cinayətkar qruplarının əllərinə düşmə ehtimalıdır. Bu silaha beynəlxalq terror təşkilatlarında kifayət qədər tələbat var. Qarabağdan Ermənistana qanunsuz silah-sursat göndərilməsi üzrə fəaliyyətə başlayan kanal zenit-raket komplekslərinin beynəlxalq terrorçuların əlinə düşməsinə və onların mülki avialaynerlərə qarşı terror aktlarının törədilməsi üçün istifadə olunmasına səbəb ola bilər”.

Ekspertin sözlərinə görə, bu halda Paşinyan hökuməti baş verənlərə görə siyasi və hüquqi məsuliyyət daşıyacaq.

Tarix
2020.10.30 / 12:38
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Azərbaycan buna görə Vyetnama minnətdardır - Əliyev

İlham Əliyev Vyetnamın VNA agentliyinə müsahibə verdi

Sülh üçün Konstitusiya dəyişməlidir – Simonyan

İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla