Yuxarı

Hardadır onlar, niyə həmişə susurlar? – Amerikalı ekspert

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hardadır onlar, niyə həmişə susurlar? – Amerikalı ekspert

Ermənistanın Azərbaycanın günahsız mülki əhalisinə və uşaqlarına qarşı törətdiyi şovinist terror aktları, Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüququn pozulması və yetkinlik yaşına çatmayanların Ermənistan silahlı qüvvələri sıralarına cəlb edilməsi beynəlxalq ictimaiyyət tərəfindən açıq şəkildə qınanmalıdır.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys deyib.

“Ermənistan Bərdəyə “Smerç” raketləri atdı. Beynəlxalq ictimaiyyət insanlığa qarşı edilən bu dəhşətli cinayətlərə reaksiya verməlidir. Bərdədə xəstəxananın yaxınlığında yaşayış sahəsindəki partlayışlar Ermənistan tərəfindən törədilən insanlığa qarşı dəhşətli cinayətdir. Kassetli bombalardan istifadə hər bir halda beynəlxalq humanitar hüquqla qadağandır.

Azərbaycanın dinc əhalisi dəhşətli acılar və faciəvi itkilər yaşayır. Bərdəyə edilən raket hücumları nəticəsində 21 nəfər həlak olub, təxminən 70 nəfər yaralanıb. Hardadır Vaşinqton, Paris, London, Berlin? Niyə həmişə susurlar? Vaşinqton, Berlin və Brüssel susqunluqları ilə Cənubi Qafqazdakı regional silahlı qarşıdurmanı böhrandan faciəyə çevrir. Ermənistan rejimi humanitar məqsədlər üçün elan olunmuş atəşkəsi dəfələrlə pozub və Avropa İttifaqı rəhbərliyinin buna hələ də susması məni şoka salıb. Nə qədər gec deyil, erməni terrorizminin qarşısı alınmalıdır”, - o bildirib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət həmçinin Ermənistanın Balkan və bəzi Şərqi Avropa ölkələrindən aldığı siyasi dəstəyi və logistik əməkdaşlığı da qınamalıdır: “Aİ üzvü olan bir neçə dövlətinin həyata keçirdiyi bu pərdəarxası taktika dayandırılmalı və açıq şəkildə qınanmalıdır”.

Tarix
2020.10.30 / 13:37
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı

Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi

Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

ABŞ admiralı Azərbaycana təşəkkür etdi

Ramiz Mehdiyev bunlardan məhrum ediləcək

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla