Yuxarı

Artıq baza prinsipləri yoxdur: Yeni Qars sazişinə doğru...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Artıq baza prinsipləri yoxdur: Yeni Qars sazişinə doğru...

Axar.az BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya mətbuata verdiyi açıqlamada qeyd edib ki, Dağlıq Qarabağda vəziyyət yaxşılaşmasa BMT TŞ yenidən toplana bilər. Bunu Azərbaycana yönəlik hədə kimi qəbul etmək olarmı?

- Bəli, hədə kimi qəbul etmək olar. Amma bu cür hədələrlə bizi dayandıra bilməzlər. Bu adam öz ermənipərəstliyi ilə seçilən şəxsdir. Ondan soruşmaq lazımdır ki, Rusiya Çeçenistan üzərində öz suveren hüquqlarını bərpa edəndə, 1995-ci ilin avqustunda Xorvatiya onun ərazi bütövlüyünə xəyanət etmiş 200 min serbi Serbiyaya qovmaqla öz müstəqilliyini elan etmiş qondarma "Serb Krayina Respublikası”na son qoyanda BMT TŞ niyə təsirli tədbirlər görmədi? Yaxud 2017-ci ilin oktyabrında Kotoloniya İspaniyadan ayrıldığını elan edəndə rəsmi Madrid Barselonaya qoşun göndərdi və İspaniya dövlətinin bütövlüyünü qorudu. Onda BMT TŞ niyə İspaniya əleyhinə hər hansı qərar qəbul etmədi? Onlar bir müsəlman ölkəsi kimi bizi zəif bilirlər. Ona görə hədə gəlirlər.

- Danışıqların baza prinsipləri əsasında davam etdirilməsi barədə nə deyə bilərsiniz?

- Biz açıq deyə bilmərik ki, baza prinsiplərindən və danışıqlardan imtina edirik. Ancaq Prezident deyirsə ki, artıq köhnə təmas xətti, status-kvo yoxdur və Dağlıq Qarabağın statusuna dair heç bir referendum keçirilə bilməz, deməli, baza prinsipləri də yoxdur. Biz buna şəhid balalarımızın qanı bahasına nail olmuşuq. Azərbaycan Ordusu Xankəndi başda olmaqla, Dağlıq Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarını bərpa etməlidir. Necə ki, bunu xorvatlar, ispanlar, ruslar etdi. Bundan sonra Prezidentin dediyi kimi, Azərbaycan vətəndaşlığını qəbul edib orda yaşamaq istəyən ermənilərə bərabər hüquqlarla yaşamaq şəraiti yaradılacaq. Heç vaxt döyüş meydanında əldə etdiyimiz qələbəni masa arxasında kənar təzyiqlərin nəticəsi olaraq əldən verə bilmərik. Xüsusilə Türkiyə, Pakistan kimi dövlətlərin bizi birmənalı dəstəklədiyi halda. Hesab edirəm danışıqlar yeni formatda, Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan formatında davam etdirilməli, sonda Qars şəhərində 1921-ci ilin oktyabrında Ermənistanın da imzaladığı “Qars müqaviləsi” yenidən təsdiq olunmalıdır.

Tarix
2020.10.31 / 13:51
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakıdan UNESKO-nun bu qərarına reaksiya

Paşinyan hakimiyyətdə qalmalıdır, əks təqdirdə... - Oqtay

AXCP və Müsavat siyasi səhnədən niyə getməlidir?

Bu şəhərdə qan su yerinə axır: Rusiya 120 min əsgər itirdi

İlham Əliyevin bu açıqlamasına İrəvandan reaksiya

Ermənistan nümayəndələri Azərbaycana səfər edəcək

Əliyevin bu çıxışı Ermənistanda rezonans doğurdu

Azərbaycan XİN Panamanı təbrik etdi

Ceyhun Bayramov Əlcəzairə getdi

Yaşar Gülər və Hakan Fidan Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla