Yuxarı

Ombudsmandan beynəlxalq ictimaiyyətə çağırış

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ombudsmandan beynəlxalq ictimaiyyətə çağırış

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki yaşayış məntəqələrinə raket hücumları nəticəsində baş vermiş uşaq itkiləri barədə aralıq hesabat hazırlayaraq beynəlxalq təşkilatlara ünvanlayıb.

Aparatdan Axar.az-a verilən məlumata görə, sözügedən hesabatın göndərilməsində əsas məqsəd Ermənistan silahlı qüvvələrinin 27 sentyabr - 9 noyabr 2020-ci il tarixlərində Azərbaycanda mülki yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində baş verən insan tələfatları, xüsusən uşaq ölümləri ilə bağlı faktları beynəlxalq insan hüquqları təşkilatları da daxil olmaqla beynəlxalq ictimaiyyətə təqdim etmək olub.

Bu hesabat, Ombudsman tərəfindən müxtəlif vaxtlarda Ermənistanın silahlı hücumlarından zərər çəkmiş Azərbaycanın rayonlarında kobud insan hüquqları pozuntusu faktlarını yerində araşdırmaq məqsədi həyata keçirilmiş 6 faktaraşdırma missiyasının nəticələrinə əsaslanaraq hazırlanıb. Habelə, hesabatda həmin hərbi təxribatlar nəticəsində ümumilikdə 12 uşağın öldüyü və 50-sinin isə ağır bədən xəsarətləri alaraq yaralandığı vurğulanıb.

Eyni zamanda, hesabatda kobud insan hüquqları pozuntularının gələcəkdə bir daha baş verməməsi, habelə bu cür halların beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi və sərt reaksiyanın bildirilməsi məqsədilə beynəlxalq ictimaiyyətə çağırış edilmişdir.

Tarix
2020.11.20 / 18:29
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

Prezidentin Vyetnama səfəri ilə bağlı - Videoçarx

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...

Ağdam erməni vandalizminin şahididir...

İlham Əliyev bu ölkəyə səfərə hazırlaşır

Azərbaycan Cənubi Qafqazda əsas logistika habıdır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla