Yuxarı

Ceyhun Bayramov Belarus səfiri ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ceyhun Bayramov Belarus səfiri ilə görüşdü

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviçi diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, C.Bayramov səfirin ölkəmizdə diplomatik fəaliyyətini yüksək dəyərləndirərək, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib və gələcək fəaliyyətində ona uğurlar arzu edib.

İki ölkə xalqlarını bağlayan tarixi və dostluq əlaqələrinə toxunan nazir, Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluq ifadə edib.

Nazir Ceyhun Bayramov Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması ilə bağlı davam etmiş 44 günlük Vətən Müharibəsi haqqında qarşı tərəfə ətraflı məlumat verib.

Səfir Gennadi Axramoviç iki ölkə arasında bütün sahələr üzrə əlaqələrin inkişafından məmnunluq bildirərək, hətta COVİD-19 pandemiyası dövründə belə iqtisadi əlaqələrdə artımın müşahidə edildiyini vurğulayıb. Səfir Azərbaycanı ən xoş arzularla tərk etdiyini bildirdi və ölkəmiz ilə bağlı xoş təəssüratlarının daima xatirində olacağını qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tarix
2020.12.04 / 16:36
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla