Yuxarı

Ermənilər “qisas almaq” üçün birləşsə, nəticə... - Arkov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Revanşizm, “azadlıq müharibəsi” hazırda Ermənistan cəmiyyətinin müxtəlif qruplarını birləşdirən demək olar ki, yeganə mövzudur. Qarabağın guya “əzəli erməni torpağı” olduğuna dair milli ideya kimi...

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Vitali Arkov deyib.

“Daha əvvəl də dediyim kimi, müharibə dövlət başçılarının qərarı ilə dayandırıla bilər, lakin bütün bir millətin şüurunu bir gecədə dəyişdirmək mümkün deyil.

Bu gün müşahidə olunanlar uzun illər ərzində erməni xalqına Azərbaycandan ələ keçirilmiş torpaqların guya işğal olunmadığını, əksinə, “geri qaytarıldığını” aşılamaq məqsədi daşıyan cinayətkar bir milli ideyanın nəticəsidir. İndi bununla bağlı heç bir şey etmək mümkün deyil, zamana ehtiyac var”, - politoloq bildirib.

Arkov eyni zamanda əlavə edib ki, revanşizm ideyaları ilə çıxış edən Ermənistan vətəndaşlarını qismən başa düşmək mümkün olsa da, hakimiyyətə gəlmək üçün bu cür aqressiv ritorikalarla müraciətlər edən erməni siyasətçilərini anlamaq mümkün deyil. Onlar cinayət törədirlər və hər birinə beynəlxalq ictimaiyyətin diqqətini yönəltmək vacibdir. Əgər bunlar Ermənistan Milli Məclisinin hazırkı deputatlarıdırsa, o zaman bunu xüsusən MDB daxilində fəaliyyət göstərən dövlətlərarası parlament təşkilatlarının diqqətinə çatdırmaq lazımdır:

“Tarixdə bir çox nümunə var. Ən yaxın və bariz olan isə 20-ci əsrin əvvəllərində təhqir və təzyiqlə üzləşən bir millətin revanşizm uğrunda “canavara” çevrildiyi və sonra yalnız onu incidənlərdən deyil, əli çata bilən hər kəsdən intiqam alan Almaniyadır. Əminəm ki, rəsmi Bakı və çoxmillətli Azərbaycan xalqı qonşu qismində öz ərazisində davamlı təhlükə saçan “Qafqaz Somalisi”nə deyil, uğurla inkişaf edən sabit Ermənistana sahib olmaqda maraqlıdır”, - Arkov qeyd edib.

Tarix
2020.12.25 / 09:07
Müəllif
Əli, Xədicə
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla