Yuxarı

Tiflis artıq Bakı ilə ehtiyatlı davranacaq… - Səbəb

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflis artıq Bakı ilə ehtiyatlı davranacaq… - Səbəb

Həm 10 noyabr bəyanatı, həm də ötən gün Moskvada baş tutan görüşdə imzalanan Bəyanat bölgədə kommunikasiya baxımından yeni reallıqlar yaradır. İndiyədək Azərbaycanı qlobal dünya ilə bağlayan kommunikasiyalar əsasən Gürcüstan üzərindən idi və kifayət qədər də çətinliklə başa gəlirdi.

Axar.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qeyd edib.

O xatırladıb ki, son anlaşmalara görə, Azərbaycan Ermənistan ərazisindən, yəni Mehri rayonundan istifadə etməklə Naxçıvana koridor əldə edir:

“Naxçıvandan isə Türkiyəyə və bütün dünyaya yollar açıqdır. Belə olan halda bundan sonra Azərbaycanın qlobal marşrutlarının, kommunikasiya və nəqliyyat xətlərinin Gürcüstan üzərindən deyil, Naxçıvan dəhlizi ilə Türkiyəyə istiqamətlənməsi xərclər baxımından daha məqbuldur.

Naxçıvan (Mehri) dəhlizinin Azərbaycan və Türkiyə üçün yeni kommunikasiyalar baxımından daha əlverişli olacağını düşünürəm. Son zamanlar Gürcüstan hökumətinin Azərbaycanın qlobal layihələrinə qarşı bəzi maneələr yaratması səbəbindən də bu dəhlizdən istifadə sərfəli olar. Hesab edirəm ki, Gürcüstan üç dövlət arasında dünən baş tutan razılaşmadan sonra itirəcəklərini anlayaraq, Azərbaycana qarşı olan mövqeyində xeyli düzəlişlər edəcək”.

Ekspert bildirib ki, istənilən halda “AzərTelekom” şirkəti “Rəqəmsal İpək Yolu” qlobal layihəsinin Transxəzər hissəsinin davamını Gürcüstan vasitəsilə Qara dənizin dibi ilə deyil, elə yeni yaranan Naxçıvan dəhlizi boyunca davam etdirilməsi məsələsini nəzərdən keçirə bilər.

Tarix
2021.01.12 / 17:41
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Sənan Şahbəndəyev işdən çıxarıldı

Prezident iki şəhərin adını çəkdi - Yeni paytaxt ola bilər?

İsrail bizi “keçi qiymətinə” Ərdoğana satdı...

Nurullayevlər Aygün və Nanəyə nə qədər ödəniş edib?

Prezidentin Qəzza çıxışına Türkiyə xalqından dəstək... - Foto

Azərbaycan öz məqsədlərinə doğru inamla irəliləyir

MOSSAD İlham Əliyevin bəyanatını yaydı – Foto

Gəmilərimizə qarşı sanksiya: ASCO hərəkətə keçdi

Bastrıkinin Bakıya məktubu: Putin Bakıya mesaj ötürür

Prezidentin baxışı: Daha az məmur, daha çox səlahiyyət

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla