Yuxarı

Biz azərbaycanlılara bayraq paylamamışıq – Pakistanlı nazir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Biz azərbaycanlılara bayraq paylamamışıq – Pakistanlı nazir

Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qüreyşi ölkəsinin Azərbaycana dəstəyindən danışıb.

Axar.az Novator.az-a istinadla xəbər verir ki, nazir yanvarın 24-də Pakistanın Pəncab əyalətinin Multan şəhərində keçirdiyi mətbuat konfransında deyib ki, onun ölkəsi daima müttəfiqlik prinsipinə uyğun davranır.

Nümunə kimi xarici işlər naziri ötən ilin sentyabr-oktyabr aylarında Azərbaycanla Ermənistan arasında 44 gün davam edən müharibəni göstərib.

Məhdum Şah Mahmud Qüreyşi bildirib ki, Pakistan və Türkiyə Azərbaycana işğal altında olan torpaqlarının geri qaytarması işində açıq dəstək verib və 44 günlük savaşda qazandığı böyük uğurlara görə Azərbaycanı təbrik edib.

Nazir bildirib ki, həmin dəstəyi Azərbaycan yüksək qiymətləndirib, Azərbaycan Ordusunun zəfərini qeyd edərkən vətəndaşlar küçələrdə Türkiyə ilə yanaşı Pakistanın da dövlət bayraqlarını dalğalandırıblar:

“Biz onlara bayraq paylamamışıq. Bu, insanların səmimi duyğularının, Pakistana bəslədikləri rəğbətin təcəssümüdür”.

Tarix
2021.01.25 / 22:43
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla