Yuxarı

Prezidentin nəzarət istəyi: biz nə etməliyik?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa təcrübəsi göstərir ki, ictimai nəzarətin mediadan başqa mükəmməl mexanizmi yoxdur.

Bunu Axar.az-a Prezident İlham Əliyevin Qarabağdakı bərpa işlərinə ictimai nəzarət çağırışına münasibət bildirən media eksperti Qulu Məhərrəmli deyib.

O, mediada ictimai nəzarətin necə təmin edilməsi ilə bağlı bir sıra təkliflər səsləndirib:

“İctimai nəzarətlə bağlı Prezident İlham Əliyev cəmiyyətə çox ciddi mesajlar verir. QHT-lər, ictimai təşkilatlar olsa da, ictimai nəzarət daha çox medianın funksiyalarına daxildir. Yəni media xalqın ictimai nəzarət imkanlarını reallaşdırır. Media Qarabağda aparılan quruculuq işlərini daim diqqət mərkəzində saxlamalıdır, bunun üçün aparıcı media qurumlarının nümayəndəlikləri, müxbirləri orada fəaliyyət göstərməlidir. Onlar gündəlik olaraq bu məsələləri ictimaiyyətə çatdırmalıdır. İşlərin gedişi ilə bağlı operativ məlumatlarla yanaşı, analitik yazılar hazırlanmalı, eyni zamanda jurnalistlərin quruculuq işləri aparılan bölgələrə səfərləri təşkil olunmalıdır. Bunlar ictimai nəzarətin ən yaxşı formasıdır”.

Ekspert bildirib ki, bu, böyük bir sistem çərçivəsində həyata keçirilə bilər:

“Bundan başqa, Medianın İnkişafı Agentliyi bununla bağlı konkret müsabiqələr keçirə bilər. Müsabiqələrdə reportajlara üstünlük verilməlidir. Reportajlar isə təbliğat-təşviqatdan ibarət olmamalıdır. Agentlik bu istiqamətdə kriteriyalar müəyyənləşdirə və təqdim olunan layihələrə maliyyə ayıra bilər”.

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova isə saytımıza açıqlamasında bildirib ki, birliyin layihələri arasında Qarabağda bərpa işləri ilə bağlı məsələlər də olacaq:

“Ali Baş Komandan, Prezident İlham Əliyev və Ordumuzun sayəsində biz müharibədə qələbə qazandıq. Bundan sonra isə həm vətəndaş, həm də vətəndaş cəmiyyətinin təmsilçiləri kimi Qarabağı dirçəltmək yönündə əlimizdən gələni edəcəyik.

Biz vətəndaş cəmiyyətinin üzvü olaraq həm informasiya, həm də maarifləndirmə sahəsində işlər görürük. Təbii ki, informasiya savaşında da təşkilatımız hər zaman öndə olmağa çalışıb. İstər sosial şəbəkələrdə, istərsə də mətbuatda maarifləndirmə istiqamətində gedən işlərə imzamızı qoyacağıq.

Bərpa işləri ilə bağlı Prezident xalqa arxalanır. Biz də vətəndaş məsuliyyətimizi ortaya qoymalıyıq və bu istiqamətdə layihələrimizi təqdim edəcəyik”.

Tarix
2021.02.04 / 09:07
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla