Yuxarı

Paşinyan savadsızlıqdan “İsgəndər” adını çəkib – Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan savadsızlıqdan “İsgəndər” adını çəkib – Video

09:09

Ermənistan Baş naziri Nikol Paşinyan böyük ehtimalla II Qarabağ müharibəsində istifadə edilən raketləri savadsızlıqdan səhv salaraq, “İsgəndər” adını çəkib.

Bunu Axar.az-a Paşinyanın II Qarabağ müharibəsində “İsgəndər” raket sistemindən istifadə edilməsi barədə açıqlamasına münasibət bildirən hərbi ekspert Şair Ramaldanov deyib. O bildirib ki, “İsgəndər” raket sistemlərindən istifadə edilməsi barədə Azərbaycan tərəfində heç bir məlumat yoxdur:

“Rusiya artıq buna reaksiya verərək bildirdi ki, Ermənistan bu raket sistemlərindən istifadə etməyib və onların hamısı yerindədir. Prezident İlham Əliyev də ötən gün keçirdiyi mətbuat konfransında bununla bağlı öz fikirlərini bildirdi. Bütün bunlardan sonra belə bir nəticəyə gəlmək olar ki, II Qarabağ müharibəsində “İsgəndər” raketlərindən istifadə edilməyib. Ola bilər ki, bu barədə ya Paşinyana düzgün məlumat verməyiblər, ya da o, raketin adını yanlış deyib. Düşünürəm ki, Paşinyan bu sahədə savadsızdır ki, belə açıqlama verib. Bəlkə də o, başqa silah haqqında danışırmış və ona “İsgəndər” raketi deyib. Burada suallar çoxdur”.

Ekspert onu da bildirib ki, müharibə zamanı Ermənistanın bu raketlərdən istifadə etməsinə müəyyən məhdudiyyətlər tətbiq edilməsi mümkündür:

“Digər ballistik raketlərdən istifadə edilməsinə baxmayaraq, "İsgəndər"dən istifadə edilməməsi onu göstərir ki, bu raketlər Ermənistanda yerləşsə də, onların bundan istifadəsinə müəyyən məhdudiyyət tətbiq edilib. Ola bilər ki, bu məhdudiyyətlər müəyyən məhdudedici mexanizm, kodlaşma və s. vasitəsi ilə edilir. Unutmayın ki, Ermənistanda nümayiş etdirilən İsgəndər-M idi və bu, eksport – İsgəndər-E olmadığından, yəni birbaşa Rusiya ordusuna aid olduğundan, ola bilsin ki, Ermənistanda yerləşdirilən də rusların nəzarətindədir”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan II Qarabağ müharibəsində "İsgəndər" raketlərindən istifadə edildiyini, lakin onun cəmi 10 faizinin partladığını deyib. Bu isə ordu ilə hökumət arasında ciddi qarşıdurmaya və siyasi xaosa səbəb olub.

Tarix
2021.02.27 / 13:52
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Məsud Pezeşkian İlham Əliyevə zəng etdi

Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı

Bayramov Yunanıstan səfiri ilə görüşdü

Liderlər İlham Əliyevi təbrik edir

Prezident “Böyük Qayıdış”dan danışdı

Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video

Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants

Azərbaycandan Ermənistana gedən qatar Böyük Kəsiyə çatdı

Şahin Şıxlinskinin həbs müddəti uzadıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla