Yuxarı

Qarabağ bütövlükdə geri qayıtmalıdır - İran

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ bütövlükdə geri qayıtmalıdır - İran

Bütün Qarabağ bölgəsi Azərbaycana qayıtmalıdır.

Axar.az xəbər verir ki, bunu İran Dini təhsil ocaqlarının sədri Ayətullah Əlirza Ərafi bu gün Qum şəhərində Qarabağla bağlı keçirilən beynəlxalq konfransda çıxışında deyib.

İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneinin Qarabağın azadlığı ilə bağlı fikirlərini açıqlayan Ayətullah Ərafi Qarabağın Qum Elmiyyə hövzəsi üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

O, çıxışının bir hissəsində bildirib ki, bütün Qarabağ bölgəsi Azərbaycana qayıtmalıdır:

“Biz islam torpaqlarının ələ keçirilməsi və işğalını səhv addım hesab edir, onun qarşısında göstərilən müqaviməti müqəddəs sayırıq. Azərbaycan Respublikasının torpağı, onun bölgələri Qum Elmiyyə hövzəsi üçün elmi, ürfani və dini baxımdan dəyər hesab edilir”.

Beynəlxalq sərhədlərin toxunulmazlığının mühüm olduğunu deyən Ayətullah Ərafi sözünü belə davam edib:

“Bütün bölgələrin sakinlərinin hüquqlarına hörmətlə yanaşılmalı və riayət edilməlidir. Burada müsəlmanla qeyri-müsəlman arasında fərq yoxdur. Müsəlman ölkələrində bütün sakinlərin hüquqlarına hörmətlə yanaşılmalıdır”.

Tarix
2021.03.01 / 15:37
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla