Yuxarı

Azərbaycan Rusiyaya müraciət etməlidir - Kuznetsov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Rusiyaya müraciət etməlidir -

“İsgəndər” raketlərinə dair suallara həmin komplekslərin bayağı konstruksiyasının xüsusiyyətlərini bilən, raket-artilleriya silahları üzrə mütəxəssislər cavab verə bilər. Peşəkar hərbi hüquqşünas kimi isə mən əminliklə söyləyə bilərəm ki, bu tip raketlər üç hissədən ibarətdir: döyüş hissəsi, sürətləndirici və start mühərriki. Müvafiq olaraq bu hissələrin hər birinin öz markası və istehsal kodu olur. Kod ilə bütün obyektiv məlumatları toplamaq, kompleksin saxlanc yerləri dəyişdirilmişsə, dislokasiya noqtəsini dəqiqliklə müəyyən etmək mümkündür.

Bu sözləri Axar.az-a açıqlamasında tanınmış rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov Şuşada tapılan İsgəndər-M raketlərinin qalıqları haqda danışarkən bildirib.

“Məsələ ondadır ki, hər hansı bir hərbi sənaye müəssisəsi bu kompleksin tərkibinə daxil olan operativ-taktiki raketlər tədarük edir. Müvafiq olaraq, texniki sənədləşdirmə zamanı orduya təhvil verilən raketlərdə çoxlu sayda tanınma nömrələri qeyd olunur. Onların sayı 12-yə çata bilər. Bu raketi döyüş buraxılışı həyata keçirildikdən sonra tərkib hissələrinin nömrələri ilə müəyyən etmək olar.

İndi ilk növbədə Şuşada aşkar olunan raketlərin kodlarının istehsalçının xarakteristikasına nə dərəcədə uyğun gəlib-gəlməməsini araşdırmaq vacibdir. Bu sorğunun ilk növbəfə Rusiya Hərbi Prokurorluğu vasitəsilə istehsalçıya göndərilməsinə nail olmaq lazımdır. İstehsalçı texniki sənədləri təqdim etməyə borcludur. Belə olan halda seriya nömrələri altında olan bütün bloklar və raketlərin bir və yaxud bir neçə kompleksin tərkibinə daxil olmasını müəyyən etmək olar. Bundan sonra, həmin raket komplekslərinin haraya dislokasiya olunduğunu, nə zaman döyüş atışı etdiyini tamamilə qanuni olaraq təyin etmək rahatdır”, - deyə həmsöhbətimiz qeyd edib.

Tarix
2021.04.06 / 22:00
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Bu mövzuda yazılan xəbər ikiqat məsuliyyət tələb edir

Tranzit daşımaları üçün zəruri olan iki mühüm şərt...

Əli Əsədov Fələstinin baş naziri ilə görüşdü

Dənizçiləri müharibə zonalarından uzaq durmağa çağırırıq!

Paşinyan Zəngəzurda gəzir: Bəlkə, XDQ “təlimə” başlasın?

Prezident Peter Zakseni qəbul etdi

İlham Əliyev Fələstinin baş nazirini qəbul etdi

Tramp Əliyevin sözlərini “Truth Social”da paylaşdı

Ceyhun Bayramov Rusiyaya getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla