Yuxarı

Vyanada Moralesi endirmək olar, Minskdə “Ryan”ı yox?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afina – Vilnüs reysi üzrə hərəkət edən “Ryaneyr” sərnişin təyyarəsinin gözlənilmədən Belarusun paytaxtında fövqəladə eniş etməsi dünyada böyük rezonans doğurub.

Axar.az xəbər verir ki, rezonansın səbəbi Belarus hakimiyyəti tərəfindən axtarışa verilən “Nexta” Teleqram kanalının keçmiş rəhbəri, müxalifətçi bloger Roman Protaseviçin təyyarədən endirilib, həbs edilməsidir.

Təyyarənin təcili enişi orada bombanın yerləşməsi barədə məlumatın daxil olması ilə əsaslandırılsa da, dünya ölkələri genişmiqyaslı aksiyaya başlayıb. Artıq ölkələr bir-birinin ardınca Belarus üzərindən uçuşları dayandıraraq, ölkəni boykot etməyə çalışırlar. Ölkənin hava məkanı faktiki olaraq, blok olunmaq üzrədir.

Halbuki bu, ilk oxşar fövqəladə eniş deyil, Avropa səması buna dəfələrlə şahidlik edib, hətta Minsk hadisələrindən daha səs-küylüsü də olmuşdu.

Belə ki, 2013-cü ilin iyul ayında Boliviya Prezidenti Xuan Evo Moralesin təyyarəsi Avstriyanın paytaxtı Vyanada məcburi eniş həyata keçirib. Təyyarə Moskvadan Qərbə yola düşüb və artıq 3,5 saatını havada keçirdiyi zaman gözlənilmədən məlumat gəlir ki, İtaliya, Fransa, İspaniya və Portuqaliya hava məkanlarını bağlayır, daha doğrusu, hava məkanından və hava limanlarından istifadə icazəsini geri alırlar. Yeni marşrutun çəkilməsi və digər ölkələrdən yeni icazələrin alınması üçün vaxt qalmamışdı və pilotlar Avstriyanın paytaxtında enmək məcburiyyətində qalır. Prezidentlik toxunulmazlığına baxmayaraq, Moralesin təyyarəsində axtarış aparılır. Qəfl enişin səbəbi ABŞ-ın tətbiq etdiyi qlobal və total elektron nəzarət sistemini açıqlayan və Rusiyada sığınacaq tapan Amerikanın xüsusi xidmət orqanlarının sabiq işçisi Edvard Snouden idi. O, təyyarədə tapılmadıqdan sonra Moralesə yolunu davam etdirmək icazəsi verilir.

Eyni səbəbli məcburi enişlərdir, hətta Vyanadakı hadisələrdə başqa faktor da var: təyyarə toxunulmaz Prezident təyyarəsi idi. Miqyası anlamamaq mümkün deyil, buna baxmayaraq, nə boykot var idi, nə də "hava məkanlarının bağlanması" kampaniyası...

Həmin ölkələr o dövrdə niyə buna diqqət yetirmədi, təhlükəli saymadı?

Dünya ictimaiyyətinin Minsk hadisələrinə reaksiyası əslində təhlükəsizliklərini düşündüklərindən irəli gəlmir. Aydındır ki, burada ümumi məqsəd Belarusu siyasi arenada təkləməkdir.

Tarix
2021.05.26 / 08:45
Müəllif
Fatimə Zülfüqar
Şərhlər
Digər xəbərlər

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

Azərbaycan və Bolqarıstanın birinci xanımları görüşdü

Əliyevlə Radev arasında təkbətək görüş başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla