Yuxarı

Əliyev Putinlə görüşdə bu ifadəni işlətdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev Putinlə görüşdə bu ifadəni işlətdi

Moskvada Əliyev-Putin görüşünün ictimaiyyətə açıq hissəsində üç məqam diqqət çəkdi.

Birincisi, Əliyev iki dəfə “münaqişədən sonrakı” ifadəsini işlətdi və qeyd etdi ki, “münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik, düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”. Bu, “Moskvaya gələcəyi müzakirə etməyə gəlmişəm” deməkdir;

İkincisi, Putin Əliyevə “kompromisli qərarların tapıldığı” üçün təşəkkür etdi və qeyd etdi ki, nizamlama istəyiriksə, - biz hamımız bunu istəyirik, - onda bu yolla getməliyik. Bu, Rusiyanın Bakıdan güzəşt istədiyi deməkdir, lakin bu güzəştlər münaqişə ilə bağlı deyil; münaqişənin bitdiyinə dair mövqeni Moskva da Bakı ilə paylaşır; Moskva üçün vacib olan Ermənistanın yox, Rusiyanın bölgədə qalmasını təmin etməkdir və görüşdən öncə qeyd etdiyimiz kimi, “ruslar Qarabağda öz gələcəklərini və kommunikasiyanın bərpasında cari prioritetlərini - ehtimal ki, Ermənistana quru əlaqəsini daha tez əldə etmək istəyirlər – həll etmək niyyətindədir”;

Üçüncüsü, liderlər sərhəddə baş verən toqquşmalara toxunmadı: mümkündür ki, Moskvada da Ermənistanın sərhəddə hücumlarının məqsədini anlayırlar və qapalı görüşün əsas müzakirə mövzularından biri də sərhədlərin delimitasiyasıdır.

Görüşdən sonra proseslərin cari dövr üçün iki istiqamətdə inkişafını təxmin etmək olar:

- Putin Əliyevlə görüşdən sonra Paşinyanla təmasa keçəcək: Bakının mövqeyini çatdıracaq; sərhəddəki gərginliyi aradan qaldırmağa çalışacaq;

- Hər iki görüşün – Putin-Paşinyan, Putin-Əliyev – cari nəticəsi olaraq, erməni diversantlarla mina xəritələrinin növbəti dəfə “barter” edilməsi gözləniləndir.

Tarix
2021.07.21 / 10:14
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Pezeşkianın zəngi və SEPAH-ın Azərbaycanı təhdid etməsi...

Pezeşkian Əliyevə zəng etdi: Naxçıvana hücum...

İrandan Azərbaycana təxliyə edilənlərin sayı...

Almaniya XİN Naxçıvana hücumu kəskin şəkildə pislədi

Makron Əliyevə zəng etdi: İranın Azərbaycana hücumu...

Ceyhun Bayramov bu ölkələrin XİN başçıları ilə danışdı

Azərbaycanla problemimiz yoxdur, lakin… - Laricani

İranın qonşu ölkələrə hücum strategiyası: üç taktika...

Pezeşkian Əliyevə mesaj göndərdi: Nələrə işarə etdi?

Almaniya və İspaniya diplomatları da təxliyə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla