Yuxarı

Ermənistan müdafiə naziri niyə qəfil istefa verdi?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində Vaqarşak Arutyunyan hərbi rütbəsinə və nazir postuna görə Nikol Paşinyana minnətdar olmalı idi. Çünki Arutyunyan Ermənistanın 1999-2000-ci illərdə nazir postunu tutmuş və eks-prezident Robert Köçəryan onu bu vəzifədən ağır ittihamlarla qovmuşdu. Paşinyan 2020-ci ildə Arutyunyana rütbəsini qaytararaq, onu özünə hərbi müşavir vəzifəsinə təyin etdi.

Axar.az xəbər verir ki, bu sözləri “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu müdafiə naziri Vaqarşak Arutyunyanın qəfil istefasını şərh edərkən qeyd edib.

O bildirib ki, Arutyunyan müharibədə məğlubiyyətdən sonra nazir təyin edildi:

“Əgər Arutyunyan məğlubiyyətə şərik olmaq istəmirdisə, elə o zaman nazir vəzifəsindən imtina etməliydi. Etmədi və məğlubiyyətə şərik oldu. Əksinə Arutyunyan qiyamçı Baş Qərargah rəisi Onik Qasparyanın kreslosunu boşaltmaqda Paşinyana yardım etdi və bununla hərbi çevrilişin qarşısını aldı.

Azərbaycan Ermənistanla sərhədə nəzarəti gücləndirib və atəşə daha artıq atəşlə cavab verir. Ermənistan ordusu Azərbaycan sərhədçilərini Qaragöldən uzaqlaşdırmağa risk etmədi, növbəti toqquşmadan qorxdu. Müharibədə məğlubiyyətdən sonrakı hadisələr də Ermənistan ordusunun nüfuzunu aşağı salmaqdadır. Vaqarşak Arutyunyan özü bacarmadığını Rusiya hərbçilərinin əli ilə etməyə çalışdı, ancaq bu da alınmadı, Moskva sərhədin müəyyənləşməsinə qarışmaq istəmədi. Bu vəziyyətdə Vaqarşak Arutyunyan istefaya üstünlük verdi. Onun ya Təhlükəsizlik Şurasının katibi (artıq bu ehtimal sıradan çıxıb, az öncə bəlli oldu ki, bu postu Ararat Mirzoyan tutacaq), ya da Ermənistanın Rusiyadakı səfiri vəzifəsinə təyin olunacağı ehtimalı var”.

Politoloq bildirib ki, N.Paşinyan üçün normal müdafiə naziri tapmaq asan olmayacaq.

Qeyd edək ki, Paşinyan müdafiə nazirinin müavini Suren Saakyanı da işdən çıxarılıb. Baş Qərargah rəisinin müavini Arşak Karapetyanı isə müdafiə nazirinin birinci müavini təyin edib. Hazırda Karapetyan faktiki olaraq müdafiə naziri vəzifəsini icra edir.

Tarix
2021.07.22 / 23:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla