Yuxarı

İlham Əliyevin cəsarətli duruşu... - Qurtulmuş

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyevin cəsarətli duruşu... - Qurtulmuş

Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Qurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti Yeni Azərbaycan Partiyasında görüş keçirib.

Axar.az xəbər verir ki, görüşdə YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov Azərbaycan-Türkiyə münasibətlərinin keyfiyətcə yeni bir müstəviyə qalxdığını bildirib.

O qeyd edib ki, bu münasiblər qardaşlıq münasibətləridir. İki qardaş ölkə arasında münasibətlərin inkişafı istiqamətində daim lazımi işlər görülür. 44 günlük Vətən müharibəsi zamanı Türkiyə Azərbaycana böyük siyasi və mənəvi dəstək göstərdi.

N.Qurtulmuş isə bildirib ki, AKP ilə YAP arasında əlaqələr genişlənib və birgə fəaliyyət həyata keçirilir. O bildirib ki, Azərbaycana səfər çox faydalı keçdi:

“Bu ziyarət nəticəsində əlaqələrimizi daha gücləndirəcəyik və Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərini siyasi partiyalar vasitəsilə də inkişaf etdirəcəyik. İki ölkənin başçıları arasında qardaşlıq münasibətləri var. Biz də siyasi partiyalar olaraq iki ölkə arasında bu qardaşlıq münasibətlərini qüvvətləndirəcəyik. 45 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixində böyük hadisədir və Prezident İlham Əliyevin cəsarətli duruşu xalqı qələbəyə qovuşdurdu. Bu savaşda Türkiyə Azərbaycanın yanında oldu”.

Tarix
2021.07.26 / 18:49
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla