Yuxarı

ABŞ-ı Bakıya qarşı təhrik edən senator Pallone... - Səfirlik

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ı Bakıya qarşı təhrik edən senator Pallone... - Səfirlik

ABŞ Konqresinin Nümayəndələr Palatasında Təsisatlar üzrə qanun layihəsi çərçivəsində qəbul olunmuş ermənipərəst konqresmen Frank Pallonenin düzəlişi, Azərbaycan-Amerika tərəfdaşlığına xələl gətirmək və ABŞ-ın təhlükəsizlik layihələrinə mane olmaq istəyən ermənipərəst qrupların artıq bir neçə ildir ki, müşahidə etdiyimiz yanaşmasını əks etdirir.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasında Təsisatlar qanunvericiliyi çərçivəsində qəbul edilmiş düzəlişlə bağlı Report-un sualını cavablandırarkən bildirib.

“İlk növbədə qeyd etmək istərdik ki, ABŞ ilə əməkdaşlığımız təhlükəsizlik, o cümlədən terrorçuluq, qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlıqla mübarizə, mühüm infrastrukturlara qarşı yönələn təhdidlərin cavablandırılması və s. sahələri əhatə etməklə, ABŞ-ın maraqları çərçivəsindədir.

Azərbaycan və ABŞ-ın bu istiqamətlərdə uzunmüddətli məhsuldar əməkdaşlıq tarixçəsi mövcuddur və biz ABŞ proqramları çərçivəsində güclü bir əməkdaşlıq təcrübəsini qurmuşuq.

Azərbaycana yardımı qadağan etməyi hədəfləyən bu cür düzəlişlər 1990-cı illərin əvvəllərində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin hərbi işğalını və ölkə əhalisinin etnik təmizləməsini həyata keçirən Ermənistanın təcavüzünün qurbanı olan respublikamıza ABŞ hökumətinin göstərdiyi bütün yardımları qadağan edən “Azadlığa Dəstək” Aktının 907-ci bölməsini xatırladır.

Qeyd etmək istərdik ki, hazırda müvafiq qanunvericiliyin nəzərdən keçirilməsinin ilkin mərhələsidir və ümid edirik ki, qarşıdakı aylarda ABŞ Konqresi ölkənin milli maraqlarına əsaslanan siyasətinin erməni diasporu, lobbi qruplarının girovuna çevrilməsinə imkan verməyəcək”, - deyə səfirlikdən bildirilib.

Tarix
2021.07.29 / 22:24
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla