Yuxarı

Sahibə Qafarova pakistanlı həmkarı ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sahibə Qafarova pakistanlı həmkarı ilə görüşdü

İspaniyada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 28-də Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərlə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, görüşdə Sahibə Qafarova ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın böyük əhəmiyyət daşıdığını bildirib. Azərbaycan və Pakistanın dost və qardaş ölkələr olaraq, hər zaman bir-birini dəstəklədiyini söyləyən Milli Məclisin sədri yüksək səviyyəli münasibətlərin qanunverici orqanlar arasında da əməkdaşlığın genişləndirilməsinə zəmin yaratdığını qeyd edib.

Görüşdə Əsəd Qeysər Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğulayıb. O qeyd edib ki, Pakistanın mövqeyi dəyişməzdir, ölkəsi hər zaman Azərbaycanın haqlı mövqeyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib, bundan sonra da dəstəkləyəcək.

Pakistan Milli Assambleyasının sədri post-müharibə dövründə Azərbaycanın bölgədə əmin-amanlığın yaranması istiqamətində mühüm addımlar atdığını, eyni zamanda işğaldan azad olunmuş ərazilərində irimiqyaslı bərpa və quruculuq işləri apardığını təqdir etdiklərini bildirib. O, Şuşaya və Füzuliyə səfər zamanı gördüklərindən çox təsirləndiyini qeyd edib.

Əsəd Qeysər ölkələrimiz arasında əlaqələrin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu, hərtərəfli əməkdaşlığın perspektivdə genişləndirilməsi üçün böyük potensial olduğunu diqqətə çatdırıb, parlamentlərarası əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini bildirib.

Tarix
2021.11.28 / 23:54
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla