Yuxarı

Qarabağ erməniləri “hərbi hazırlığa” başlayır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ erməniləri “hərbi hazırlığa” başlayır

Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində müvəqqəti yerləşən rus sülhməramlılarının himayəsi altında fəaliyyətlərini genişləndirən erməni separatçıları təxribatlarından əl çəkmir.

Axar.az xəbər verir ki, Qarabağdakı erməni separatçı dəstəsinin “təhlükəsizlik şurası katibi” Vitali Balasanyan erməni əhali arasında hərbi hazırlığın artırılacağını bildirib.

O deyib ki, fevral-may ayları arasında baş tutacaq tədbirlərdə erməni əhali hərbi bilik və bacarıqlarını təkmilləşdirəcək, atıcılıq məşğələlərinə cəlb ediləcəklər.

Tədbirlərə “dövlət idarələrində işləyənlər və iri şirkətlərin işçilərinin” cəlb ediləcəyini bildirən Balasanyan say açıqlamayıb.

Qeyd edək ki, Ermənistan 2022-ci ildə Qarabağda yerləşdirilən əhali üçün 288 milyon dollar vəsait ayırıb. Bu vəsaitin əhəmiyyətli hissəsinin silah-sursat alınmasına və Azərbaycan torpaqlarındakı qanunsuz silahlı birləşmələrin saxlanılmasına xərclənəcəyi şübhə doğurmur.

Ən son məlumata görə, Qarabağda məskunlaşdırılan erməni əhalinin sayı 27 mindir.

Tarix
2022.02.16 / 15:25
Müəllif
Axar.az
Digər xəbərlər

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla