Yuxarı

İlham Əliyev Hulusi Akarı qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Hulusi Akarı qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Hulusi Akarın səfərinin hərbi sahədə əməkdaşlığımızın genişlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Türkiyənin milli müdafiə naziri 28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib. Qeyd edilib ki, bu bayram günündə də bir yerdə olmağımız qardaşlıq rəmzidir.

Söhbət zamanı Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Festivalının önəminə toxunuldu və bu tədbir yüksək səviyyəli münasibətlərimizin bariz nümunəsi kimi qiymətləndirilib.

Görüşdə digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığımızın uğurla davam etdiyi qeyd olunub, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2022.05.28 / 10:23
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla