Yuxarı

Azərbaycanlılar Ermənistana qayıdacaq - Alaverdyan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlılar Ermənistana qayıdacaq - Alaverdyan

Azərbaycan Prezidenti İlham Əliyev 1988-ci ildən sonra Ermənistandakı yaşayış məntəqələrini və evlərini tərk etmiş azərbaycanlıların geri qaytarılmasını dəqiq vəzifə kimi qarşıya qoyub və artıq bu əməliyyatı ardıcıl olaraq həyata keçirir.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistandakı “Məhkəmə özbaşınalığına qarşı” təşkilatının icraçı direktoru, bu ölkənin tanınmış ictimai xadimi Larisa Alaverdyan söyləyib.

“Azərbaycanlılar Ermənistanın demək olar ki, bütün rayonlarında yaşayırdılar”, - deyən Alaverdyan mövcud geosiyasi vəziyyətin Azərbaycanın xeyrinə dəyişdiyinin artıq reallıq olması ilə barışmaqdan başqa yol görmədiyini qeyd edib. Otuz dörd il əvvəl Zəngəzurda, konkret olaraq, Ağudi kəndində yaşayan azərbaycanlılarla söhbətini xatırladan Alaverdiyan onların şərait yaranacağı təqdirdə buralara qayıda biləcəkləri ilə bağlı dediklərini xatırlayaraq deyib: “Artıq həmin azərbaycanlıların gözlədikləri şərait yaranıb”.

Qarabağın erməni sakinlərinin gələcək taleyi ilə bağlı suala cavab verən icraçı direktor onların Azərbaycan vətəndaşları kimi yaşamaqdan başqa yollarının olmadığını bildirib.

Tarix
2022.08.11 / 14:38
Müəllif
Axar.az
Digər xəbərlər

Ağazaryan: Bakının son tələbi yerinə yetiriləcək

Simonyan qəzəbləndi: Niyə Qarabağa “Artsax” deyirsiniz?

İki ay əvvəl Bakıyə gələn senatror ABŞ-da nazir seçildi

İran rəhbərliyində növbəti qurban: İsrailin planı budur

Heydər Əliyev Mərkəzi Pakistan bayrağına büründü

Ceyhun Bayramov Arakçı ilə danışdı

MN-dən PUA-larla bağlı əhaliyə çağırış

Zaxarovanın Heydər Əliyevlə bağlı bu cəhdi qəbuledilməzdir!

Sülh müqaviləsinin mətnini razılaşdırmışıq, amma...

Szinpin İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla