Yuxarı

İrəvan sürətlə “silahlanır”: şou, yoxsa aqressiya?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində Ermənistan büdcəsində müdafiə xərclərinə təqribən ildə 700-800 milyon dollara yaxın əlavə vəsait nəzərdə tutulub. Bundan başqa diaspor təşkilatlarının da Ermənistana məhz müdafiə xərcləri ilə bağlı ayrıca yardım fondu var. Çox güman ki, o fonddan da istifadə edirlər.

Bu sözləri Axar.az-a açıqlamasında ekspert Natiq Cəfərli Ermənistanın silah almağa yüzmilyonlarla dollar vəsaiti haradan tapması barədə danışarkən deyib.

“Son zamanlar belə xəbərlərin yayılması, Hindistanla silah tədarükü haqda müqavilə ondan xəbər verir ki, ən azı diaspor təşkilatları Ermənistanın silahlanmasına ciddi maliyyə dəstəyi göstərir. Amma bu vəsait təhlükəli həcmdə deyil. Azərbaycan Ordusunun həm texniki təchizatı, həm bugünkü gücü Ermənistan ordusundan dəfələrlə çoxdur. Təbii ki, bu xəbərlər Ermənistanın daxilində ictimaiyyətin “sakitləşdirilməsi”nə hesablanıb. Çünki Ermənistanda ciddi bir panika var. Son zamanlar Ermənistanın müstəqilliyini və ərazi bütövlüyünü itirə biləcəyilə bağlı səs-küy yayılır. Bu panikanın qarşısını almaq üçün dövlət rəsmiləri bu tipli açıqlamalar verirlər. Əslində o müqavilənin yerinə yetirilməsi (Hindistandan 244 milyon dollar dəyərində raketlər alınması – red.) yaxın zamanlarda mümkün deyil. Sadəcə bu xəbərləri Ermənistan cəmiyyətində ruh düşkünlüyünün qarşısını almaq üçün hesablanmış addım kimi də dəyərləndirmək olar. Amma bütün hallarda Ermənistanın silahlanması cəhdlərini Azərbaycan ciddi nəzarətdə saxlamalıdır”, - deyə N.Cəfərli qeyd edib.

Tarix
2022.09.30 / 09:14
Müəllif
Mehriban Xəlili
Şərhlər
Digər xəbərlər

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla